“Bəlkə təmtəraqla deyil, az adamın iştirakı ilə toylar keçirilə bilər…”-MM-İN KOMİTƏ SƏDRİNİN MÜAVİNİ BELƏ HESAB EDİR

Düşünürəm ki, toylar az sayda insanın iştirakı, ara məsafəsinin qorunması ilə nikah bağlanması formasında keçirilə bilər.

Etikxeber.az-ın xəbərinə görə, bunu mətbuata açıqlamasında Milli Məclisin (MM) Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini, professor Jalə Əliyeva bildirib.

O, mətbuata açıqlamasında deyib ki, bu elan olunmamış koronavirus müharibəsində bütün dövlətlər təxirəsalınmaz tədbirlər həyata keçirir:

“Azərbaycanda da bu istiqamətdə tədbirlər görülür və bütün bunlar əlbəttə ki, insanların sağlamlığını qorumaq məqsədi daşıyır. Belə bir dövrdə insanların gündəlik həyata nə şəkildə davam edəcəkləri ilə bağlı müəyyən nüanslar ortaya çıxır. Bu nüanslardan biri də toylardır. İstər-istəməz həyat davam edir və toylar da bir şəkildə tənzimlənməlidir. Düşünürəm ki, toylar az sayda insanın iştirakı, ara məsafəsinin qorunması ilə nikah bağlanması formasında keçirilə bilər. Artıq Türkiyədə və bir sıra ölkələrdə bununla bağlı proqramlar hazırlanıb.

Burada vətəndaş məsuliyyəti də çox önəmlidir. Dövlət tərəfindən lazımı tədbirlər görülür, qaydalar qoyulur və tövsiyələr verilir, ancaq mən düşünürəm ki, birinci növbədə insan özü-özünü qorumalıdır. Vətəndaşlar öz məsuliyyətini dərk etməli və müəyyən müddət həmişəki alışqanlığından qaçmalıdır. Bəlkə təmtəraqla deyil, az adamın iştirakı ilə toylar keçirilə bilər. Qaydalarla bərabər, insanların da buna şüurlu şəkildə getmələri vacibdir. Qaydalara əməl etməklə toy mərasimləri keçirmək olar. Çünki görünən odur ki, bu virus hələ bizimlədir. Buna görə də düşünürəm ki, müəyyən məsələlər var ki, onları da həyatımızda tənzimləmək lazımdır”-deyə, xanım parlamentari mətbuata açıqlamasında sonra deyib.

Etikxeber.az

Read Previous

“Azərbaycan işğalçı Ermənistana diplomatiya müstəvisində böyük zərbələr vurmaqdadır və…”-MİLLƏT VƏKİLİ

Read Next

“Övladlarımızı qorumaq üçün…”-RAQİF ALLAHVERDİNİN YAZISI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir