“Bərdə raketlərdən atəşə tutulduğu zaman insanları xilas edərkən, özü Şəhid oldu…”-MİLLƏT VƏKİLİ ŞƏHİD RƏŞAD ŞƏFİYEVDƏN YAZDI – FOTOLAR

Millət vəkili Pərvin Kərimzadə Şəhid Rəşad Səfiyevin ailəsinə baş çəkib, Şəhidlə bağlı sosial şəbəkə hesabında paylaşım edib.

Etikxeber.az xəbər həmin paylaşımı təqdim edir:

“29 yaşlı Rəşad Vaqif oğlu Şəfiyev Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə qoşunlarının xilasetmə briqadasının hərbi qulluqçusu olub.

Ermənistan Silahlı Qüvvələri həm onun doğma Gəncə şəhərini, daha sonra Bərdə şəhərini ballistik raketlərdən atəşə tutduğu zaman insanları xilas edərkən, özü şəhid oldu.

Bərdəyə raket atılması nəticəsində Rəşad Şəfiyev xidməti vəzifəsini yerinə yetirərkən başından qəlpə yarası alaraq dünyasını dəyişib.

Rəşad Şəfiyev1991-2020GəncəALLAH rəhmət eləsin! Şəhidimizin iki balası, iki yadıgarı Zeynəb və Ayxanı ALLAH qorusun!”

Etikxeber.az

Read Previous

İqtisadiyyat Nazirliyinin tabeliyində “Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi”-YARADILDI – FƏRMAN

Read Next

“Ölkə Prezidentinin apardığı siyasətin təzahürüdür ki, bu illər ərzində xalqımız öz bütövlüyünü, humanistliyini itirməyib”-DEPUTAT SEÇİCİLƏRİ İLƏ YENİDƏN BİR ARAYA GƏLDİ, YEVLAXLILAR NÖVBƏTİ DƏFƏ ÖLKƏ PREZİDENTİNƏ DƏSTƏK İFADƏ ETDİLƏR – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir