Bərdədə polisə silahlı müqavimət göstərən narkotacirlər saxlanıldı-DİN MƏLUMAT YAYDI

Bərdə narkotik alverçiləri polisə müqavimət göstəriblər.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Etikxeber.az-a verilən xəbərə görə, Bərdə şəhər sakinləri, əvvəllər məhkum olunmuş İmdad Abdullayev və Tural Həsənovun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə Bərdə RPŞ-yə daxil olmuş məlumat əsasında əməliyyat tədbiri keçirib.

Onlar saxlanılarkən İ.Abdullayev üzərində gəzdirdiyi bıçaqla polis əməkdaşlarına müqavimət göstərib.

Polis əməkdaşları tərəfindən həyat və sağlamlıq üçün real təhlükə yarandığından xidməti tabel silahı tətbiq edilib. Onlardan biri ayağından xəsarət alaraq xəstəxanaya yerləşdirilmiş, digəri isə saxlanılıb.

Onlara məxsus çantadan ümumi çəkisi 5 kq 140 qr narkotik maddə olan heroin, 300 qram marixuna və bir ədəd bıçaq götürülüb.

Faktla bağlı Bərdə RPŞ-də cinayət işi başlanılmış, istintaq tədbirləri həyata keçirilir.

Etikxeber.az

Read Previous

Şəhid Məhəmməd Məmmədlinin anası ölkə rəhbərliyinə müraciət etdi: “QARŞIDAN 26 İYUN GƏLİR, İSTƏYİRƏM Kİ, HƏMİN ƏRƏFƏDƏ ÖVLADIM, TƏK OĞLUM ALİ ORDENLƏRİMİZDƏN BİRİ İLƏ TƏLTİF OLUNSUN, HƏM DƏ MİNGƏÇEVİRDƏ ADI, XATİRƏSİ ƏBƏDİLƏŞDİRİLSİN”

Read Next

Kəlbəcər və Gədəbəydə yerləşən mövqelərimiz atəşə tutulub-MN

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir