Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bu gün Həzi Aslanov adına Zabitlər Evində Bərdənin İkinci Vətən Müharibəsi Şəhidləri- Elyaz Qarayev, Asim Cəfərli, İlkin Süleymanov, Asif Abışov və Murad Musayevlə bağlı anim tədbiri keçirilib.
Etikxeber.az-ın xəbərinə görə, saat 12:00-da başlayan anım tədbirində adıçəkilən Şəhidlərin ailə üzvləri, yaxınları, digər Bərdəli Şəhid ailələri, Qazilər, hərbçilər, məktəblilər, Zabitlər Evinin əməkdaşları və başqa şəxslər iştirak ediblər.
Tədbirdə öncə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət himni səsləndirilib.
Sonra Şəhidlərin hər birinə aid videoçarx nümayiş etdirilib, çıxışlar olunub.
Sözügedən Şəhidlərin ailə üzvləri və tədbirdə iştirak edən digər şəxslər tarixi İkinci Vətən Müharibəsindən, övladlarının, cəmi Şəhidlərin İgidliyindən və Qəhrəmanlığından bəhs edib, onlarla Fəxr etdiklərini və Qürur duyduqlarını bildiriblər.
Çıxışlardan sonra tədbirin bədii hissəsi başlayıb.
Vətənə, Şəhidlərə aid şeirlər və mahnılar ifa edilib.
Anım tədbiri iki saata yaxın davam edib.
14:29
****
FOTOLAR:
Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az