Bərdənin ilk İkinci Vətən Müharibəsi Şəhidi Turqut Zeynalov: ŞƏHİDİN 26 YAŞININ TAMAMINDA, CƏNNƏTDƏKİ İKİNCİ DOĞUM GÜNÜNDƏ MƏZARI ZİYARƏT ETDİ, ADINA EHSAN SÜFRƏSİ AÇILDI… – FOTOLAR – YENİLƏNİB – (1)

Bu gün Bərdə rayonunun ilk İkinci Vətən Müharibəsi Şəhidi Turqut Fikrət oğlu Zeynalovun doğum günüdür.

Turqut Zeynalovun bu gün 26 yaşı tamam olur.

Bu, Şəhidin həm də Cənnətdəki ikinci ad günü, mövlududur.

Etikxeber.az xəbər verir ki, 1996-cı ilin 20 avqust tarixində sadə bir ailədə dünyaya gələn Turqut Zeynalov evin 4 övladından biri olub.

Turqutgil ailədə 4 uşaq-2 qardaş, 2 bacı olublar.

Turqut eyni zamanda, evin-ailənin böyük övladı idi.

Texnikum (kollec) təhsilli və MAXE Turqut Zeynalov İkinci Vətən Müharibəsinin elə ilk günündə, sentyabrın 27-də Tərtər-Ağdərə-Suqovuşan istiqamətində döyüşlərdə qəhrəmancasına həlak olub, Şəhidlik məqamına ucalıb.

Nəşi 1 gün sonra, sentyabrın 28-də Bərdə rayon Şəhidlər Xiyabanında dəfn edilib.

Şəhidliyindən sonra bir neçə medalla təltif olunub.

Turqut həm də subay olub.

***

Cənnətdəki ikinci doğum günü ilə bağlı bu gün səhər saatlarında Şəhidin Bərdə rayon Şəhidlər Xiyabanında məzarı ziyarət olunub.

Məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar oxunub, qısa çıxışlar edilib, İgidliyi və Qəhrəmanlığından söz açılıb, Cənnətdəki doğum günü təbrik olunub, ailəsinə Allahdan səbr və dözüm arzulanıb.

Ziyarətdən sonra Bərdə rayon Mərkəzi Xəstəxanasında yerləşən və İkinci Vətən Müharibəsi zamanı 700-dən çox Şəhidin yuyulub-kəfənləndiyi morqun təmirdən sonra açılışı olub.

Açılışda çox duyğulu, kövrək, təsirli anlar yaşanıb…

Mərasim, açılış iştirakçıları göz yaşlarına hakim ola bilməyiblər…

Eyni zamanda, Şəhidin və cəmi Şəhidlərin adına ehsan-çay süfrəsi verilib.

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət himni səsləndirilib.

Bir daha çıxışlar edilib, bir daha Şəhidlərin və Turqut Zeynalovun İkinci Vətən Müharibəsindəki, Qələbə və Zəfərimizdəki tarixi xidmətlərindən bəhs olunub.

Şəhidin məzarını ziyarətdə, açılışda və ehsan süfrəsində Şəhidin ailə üzvləri, yaxınları, Bərdədən, Goranboydan, Ucardan, Mingəçevirdən, Tərtərdən, Gəncədən, Sumqayıtdan, Ağdamdan və digər bölgələrdən olan Şəhid ailələri, Milli Qəhrəman Polad Həşimovun anası Səmayə ana, Qazilər, hərbçilər, din xadimləri, Bərdə rayon İcra Hakimiyyətinin məsul şəxsləri, adıçəkilən xəstəxananın əməkdaşları və başqa şəxslər iştirak ediblər.

Məqamı Uca, Cənnətdəki ikinci doğum günü mübarək olsun!

Nur içində uyusun!

12:55

***

FOTOLAR:

13:25

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Bazar günü hava-NECƏ OLACAQ?

Read Next

Daha 468 yeni-YOLUXMA…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir