“Bəs, Rusiya rəsmiləri deyirdilər ki…” – POLİTOLOQ

“Rusiya ard-arda Azərbaycan əleyhinə addımlar atır”.

Etikxeber.az-ın məlumatına görə, bunu politoloq Elxan Şahinoğlu öz “Facebook” statusunda yazıb.

Statusu olduğu kimi, təqdim edirik:

“1. Rusiyada ən böyük diaspor təşkilatımızın taleyi tükdən asılı vəziyyətdədir, hər an Rusiya Azərbaycanlıları Konqresinin qeydiyyatını ləğv edə bilərlər.

2. 9 mayda Moskvada parad keçirilir və meydanda Dağlıq Qarabağın “bayraqları” dalğalanır. Moskva polisi bu təxribatın qarşısını almaq əvəzinə buna etiraz edən azərbaycanlıları yürüşdən uzaqlaşdırır.

3. Rusiya Ermənistandakı hərbi bazasını genişləndirməyə qərar verib. Sual olunur kimə qarşı? Bu sualın cavabını 4-cü bənddə aydınlaşdırmaq olar.

4. Ermənistan-Rusiya birgə qoşun qruplaşmasının komandanı Andranik Makaryan bildirib ki, Ermənistan-Rusiya birgə qoşun qruplaşması Qarabağda vəziyyətin gərginləşməsi halında ləngimədən tətbiq edilə bilər (?!).

Bəs, Rusiya rəsmiləri deyirdilər, birgə hərbi qruplaşma yalnız Ermənistanın təhlükəsizliyinə cavabdeh olacaq?! Belədirsə, Rusiya rəsmilərindən və XİN-dən niyə kimsə erməni generalın açıqlamasına münasibət bildirmir?! Demək elə erməni generalın dediyi kimidir.

Biz Gürcüstan və Ukrayna kimi NATO-ya üzvlük hədəfini illərdir ona görə dilə gətirmirik ki, birdən Rusiyanın xətrinə dəyərik. Moskva isə necə lazımdır Azərbaycanın xətrinə dəyir, biz isə susuruq.

Moskva bu cür anti-Azərbaycan siyasəti ilə bizə 1) Türkiyənin Naxçıvanda hərbi bazasını formalaşdırmaqdan; 2) NATO ilə əməkdaşlığı genişləndirməkdən başqa alternativ qoymur”.

Etikxeber.az

Read Previous

İslamiada: Əlcəzair – Pakistan: 47-24, Türkiyə isə İraqı üstələdi: 35:33 – FOTO – YENİLƏNİB (2)

Read Next

Əliyev: “Azərbaycanın İslam həmrəyliyinin gücləndirilməsi üçün çox böyük səylər göstərir…” – FOTO – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir