“Bəzi məqamlar Nazirlər Kabinetinin funksiyasına aid olan məsələlərdir” – RƏCƏBLİ

Əlillərin hüquqları ilə bağlı qanun layihəsinin ictimai müzakirələri başlandı

Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin fevralın 7-də keçirilən iclasında “Əlil olan şəxslərin hüquqları haqqında” qanun layihəsinin ictimai dinləmələri keçirilir.

Etikxeber.az  xəbər verir ki, adıçəkilən komitənin sədri Hadi Rəcəbli bildirib ki, “Əlil olan şəxslərin hüquqları haqqında” qanun layihəsi üzərində 4 ildən çoxdur işlər, təkmilləşdirmələr gedir.

HADIIII

Onun sözlərinə görə, qanun layihəsinin hazırlanması təşəbbüskarı adıçəkilən komitə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliydir.

O, qeyd edib ki, qanun layihəsi bir sıra təşkilatlar və beynəlxalq qurumlarla birgə işlənilib:

“Yəni, bu yöndə yeni qanun layihəsinin hazırlanması və müzakirələrə təqdim olunması qərara alınıb. Bildiyiniz kimi, qanun lasyihəsi ilə bağlı komitəmizdə ilkin müzakirələr aparılıb, bu gün isə onun ərtafında ictimai dinləmələr keçirməyi qərara almışıq. İlkin müzakirələrdə də qanun layihəsi müsbət qarşılanmaqla yanaşı, bəzi təklif və təkliflər səsləndirilib. Məsələn, elə məsələlər var ki, onlar qanun layihəsinin başlıca predmet deyil, o, Nazirlər Kabinetinin funksiyasına aid olan məsələlərdir və sair. Ona görə də belə düşündük ki, qanun layihəsini plenar iclasa çıxarana qədər insanları, əlil kateqoriyasına aid olan qrupları məlumatlandıraq, birgə müzakirə edək”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Ali Məhkəmənin sədri həmin məhkəmənin hakimi seçiləcək – FEVRALIN 13-DƏ

Read Next

Şəxsi maraqlardan çıxış edib, məsələlərə yanaşmaq olmaz – NAZİR MÜAVİNİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir