“Bəzi media orqanlarını insanların durumu yox, “dramı” maraqlandırır…”-BƏHRUZ MƏHƏRRƏMOVDAN ETİRAZ

Milli Məclisin bugünkü iclasında 21 aprel Sərəncamı ilə Dərvişli kəndində subartezian quyuların qazılmasına vəsait ayrılmasına görə seçicilərimin və özümün adımdan Prezident İlham Əliyevə təşəkkür etdim. Həmçinin ümid və xahiş etdiyimi bildirdim ki, Biləsuvar rayonunun ümumilikdə su təminatının yaxşılaşdırılması barədə Sərəncamı da səbrsizliklə gözləyirik. Çıxış zamanı mikrofonda problem yarandı və maraqlıdır ki, medianın diqqətini Biləsuvarın susuz qalmış əkin sahələrinin problemi və bu istiqamətdə çağırışımız yox məhz mikrofon məsələsi çəkdi. Həqiqətən, bu onu göstərir ki, bəzi media orqanlarını insanların durumu yox, “dramı” maraqlandırır.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Bəhruz Mərərrəmov deyib.

“Xanımlar və cənablar, əkin sahələri susuzluqdan məhv olur, burda insan taleyindən söhbət gedir. Bunu işıqlandırmaq lazımdır, mikrofonun işləməməyinin bizə bir ziyanı olmaz”-deyə, o, əlavə edib.

Etikxeber.az

Read Previous

“Bələdiyyə qulluqçuları və işçiləri nə maaş, nə də yardım ala bilir”-MM-İN KOMİTƏSİ OPERATİV QƏRARGAHA MÜRACİƏT EDƏCƏK, MİLLƏT VƏKİLİ İSƏ AMEA-NIN ÖZƏLLƏŞDİRİLMƏSİNİ İSTƏYİR -YENİLƏNİB

Read Next

“Hazırda dünyada baş verən hadisələri təhlil etdikdə…”-PƏRVİN KƏRİMZADƏ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir