Bəzi rayonlarda qar yağacaq-SABAH

Yanvarın 13-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, axşam isə yağış yağacağı gözlənilir.

ETSN-in Milli Hidrometeorologiya Xidmətindən Etikxeber.az-a verilən məlumata görə, mülayim cənub-qərb küləyi gündüz şimal-qərb küləyi ilə əvəz olunacaq, arabir güclənəcək.

Havanın temperaturu gecə 4-7° isti, gündüz 8-11° isti olacaq. Bakıda gecə 5-7° isti, gündüz 8-10° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 70-80 % olacaq.

Azərbaycanın rayonlarında arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 1-6° isti, gündüz 7-12° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 1-6° isti olacaq.

Etikxeber.az

Read Previous

“8 noyabr Zəfər Günü ərəfəsində övladlarımızın yenidən, ən azı yüksək, ali ordenlərimizlə təltif olunacağını gözləyirdik, ancaq…”-ŞƏHİD QARDAŞLAR-MUSA VƏ TURAL HƏSƏNOVLARIN VALİDEYNLƏRİ YENİDƏN ÖLKƏ RƏHBƏRLİYİNƏ MÜRACİƏT ÜNVANLADI

Read Next

12 yanvar 2022-ci il…Quba, Mirzəməmmədkənd kəndi…AİLƏNİN TƏK OĞLU, CƏMİ 18 YAŞINDA ŞƏHİDLİK MƏQAMINA UCALMIŞ MİQDAD ADBULƏLİMOVUN OCAĞI… – FOTOLAR – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir