“Bəzi səhvlər, nöqsanlar var ki…” – JALƏ ƏLİYEVA

“Qanun layihəsində bəzi stilistik, qrammatik səhvlər, nöqsanlar var”.

Etikxeber.az xəbər verir ki, bunu Milli Məclisin (MM) Mədəniyyət komitəsinin sədr müavini, professor Jalə Əliyeva  Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin fevralın 7-də keçirilən iclasında -“Əlil olan şəxslərin hüquqları haqqında” qanun layihəsinin ictimai dinləmələrində çıxışı zamanı deyib.

jala

Onun sözlərinə görə, həmin səhv və nöqsanlar qanun layihəsinin yenidən işlənilməsi və təkmilləşdirilməsi prosesində nəzərə alınmalıdır:

“Amma hesab edirəm ki, bu yöndə yeni qanun layihəsinə ehtiyac var. Çünki mövcud qanunun qəbulundan 25 il ötür. Ötən 25 il ərzində də ölkə xeyli dəyişikliklər, müsbətə doğru irəliləyişlər yaşanıb və bu baxımdan da,  həmin dəyişikliklərə, dövrün reallıqlarına cavab verə biləcək yeni bir qanuna, qanun layihəsinə ehtiyac, zərurət yaranıb. Və indi cox sevindirivi haldır ki, belə bir qanun layihəsi müzakirələrə təqdim edilib. Təbii ki, qanun layihəsində bəzi qüsurlar var ki, onlarsız da mümkün deyil. Ona görə hesab edirəm ki, birinci oxunuşun plenar iclasda müzakirəsinə qədər həmin qüsurlar, xüsusilə də, stilistik, qrammatik xətalar nəzərə alınmalı və aradan qaldırılmalıdır. Amma bir daha hesab edirəm ki, əlillərin hüquqları ilə bağlı yeni sənəd vascibdir. Əlillər cəmiyyətimizin ən çox qayğı və diqqətə ehtiyacı olan kateqoriyasıdır, onların hüquqlarının təmin edilməsinə çox həısaslıqla yanaşlımalıdır və bu baxımdan da, yeni qanun bu prosesi tənzimləməkdə öz töhfəsini verə bilər və verəcək”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Komitə sədri bəzi məmurlara irad tutdu…

Read Next

Mehdi Mehdiyev əlillərə verilən pulsuz dərmanların keyfiyyətindən narazılıq etdi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir