“Bəzi sürücülər işimizə əngəl törədir…” – “Azəravtoyol” “minnətli” danışdı…

“Azəravtoyol” ASC-nin balansında olan küçə və prospektlərdə hərəkətin təhlükəsizliyi və fasiləsizliyini təmin etmək məqsədilə gecə boyu, səhər saatlarında və hal-hazırda işlər aparılır.

Etikxeber.az xəbər verir ki, bunu mətbuata “Azəravtoyol” ASC-nin Mətbuat Katibliyinin rəisi Anar Nəcəfli bildirib.

A. Nəcəflinin sözlərinə görə, hər hansı ərazidə problem olduqda həmin yerlərə dərhal ASC-nin qüvvələri göndərilir. “Bakı-Sumqayıt, Bakı Dairəvi yolu, Yeni Yasamal və bu kimi digər problemli ərazilər öncədən nəzarətə götürülüb. 1000-dən artıq maşın-mexanizm respublika yollarında, Bakı şəhərində isə 300-dən artıq texnika xidmət göstərmək üçün hazır vəziyyətdədir və ərazilərə cəlb olunub. Duz, qum ehtiyatı isə kifayət qədərdir”, – deyə qurum rəsmisi əlavə edib.

A. Nəcəfli sürücülərin məsuliyyətsizliyindən də gileylənib: “Mən hazırda Bakı-Sumqayıt yolundayam və adıçəkilən yolda heç bir problem yoxdur. Lakin bir çox hazırlıqsız sürücülər var ki, belə havada yola çıxıblar, qəza durma işığını yandırıblar və çox aşağı sürətlər hərəkət edirlər. Çünki avtomobil şinlərinin protektoru yeyilmiş haldadır, başqa sözlə, avtomobil qış şinləri ilə təchiz edilməyib. Bu, həmçinin Rusiya istehsalı olan avtomobillərə də aiddir. Ona görə də müəyyən ərazilərdə sıxlıq yaranır. Bu  vəziyyət bizim maşın-mexanizmin hərəkətinə də maneə yaradır. Maşınlarımız iriqabaritli və ağırdır. Yollarda yaranan problemə görə, bizim maşınlar da vaxtında lazım olan əraziyə çata bilmir. Buna baxmayaraq, yolların qardan təmizlənməsi işləri davam etdirilir”.

Etikxeber.az

Read Previous

Heç bir şəhər, rayon və kənd yerinin qaz təchizatında məhdudiyyətlər yaranmayıb – “Azəriqaz”-ın iddiası

Read Next

Prezident Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsü idarə heyətinin sədrini qəbul etdi- FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir