Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Əmək Məcəlləsinə bəzi təhsil işçilərinə əmək məzuniyyətinin verilməsi ilə bağlı dəyişiklik edilir.
Etikxeber.az-ın məlumatına görə, bununla bağlı Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin aprelin 30-da keçirilən iclasında adıçəkilən Məcəlləyə dəyişikliyi nəzərdə tutan qanun layihəsi müzakirəyə çıxarılıb.
Təklif edilir ki, Məcəllənin 118-ci (Pedaqoji və elmi fəaliyyətlə məşğul olan işçilərin əmək məzuniyyətlərinin müddətləri) 2-ci hissəsinin “a” bəndinə dəyişiklik olunsun.
Yəni, təhsil müəssisələrinin rəhbər işçilərinə, tərbiyəçilərinə, tərbiyəçi-müəllimlərinə, metodistlərə, defektoloqlara, loqopedlərə, musiqi rəhbərlərinə, psixoloqlara əmək məzuniyyəti 42 gün müddətinə veriləcək.
Kamil HƏMZƏOĞLU
Etikxeber.az