Üç bacının tək qardaşı, ali-hərbi təhsilli, peşəkar hərbçi, İkinci Vətən Müharibəsinin iştirakçısı, 2022-ci ilin avqust Şəhidi Babək Əliyevin-ŞƏHADƏTİNDƏN DÖRD İL KEÇİR…

Culfalı, Ləkətaglı, 2022-ci ilin daha bir avqust Şəhidi-Babək Əsgər oğlu Əliyevin bu gün Şəhadətinin dördüncü ilidir.

Şəhadətinin dördüncü ilə bağlı bu gün-5 avqust 2026-cı il tarixində, səhər saatlarında Şəhidin Ləkətağ kənd qəbiristanlığındakı məzarı ziyarət olunub.

Məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar olunub, “Quran” oxunub, ailəsinə-valideynlərinə Allahdan səbr və dözüm arzulanıb.

Xatirə fotoları çəkdirilib, məzarını ziyarətdən sonra isə Ləkətag kəndində yerləşən Mərasim evində adına ehsan süfrəsi açılıb.

Etikxeber.az xəbər verir ki, Babək Əliyev 1997-ci ilin oktyabrın ayının 1-də Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun ucqar Ləkətağ kəndində dünyaya gəlib.

Ailənin dörd övladından biri, üç bacının tək qardaşı və subay olub…

Bacıları hazırda ailəlidir…

Ali-hərbi təhsilli, peşəkar hərbçi idi…

Azərbaycan Ordusunun zabiti, Leytanat kimi İkinci Vətən Müharibəsində iştirak edib, Vətən müdafiəsinə atılıb…

Müharibədən sonra “Vətən müharibəsi iştirakçısı” medalına layiq görülüb…

Müharibədən sağ-salamat çıxsa da, ömür yolu 2022-ci ilin avqustunda yarımçıq qalıb…

25 yaşlı Babək avqust ayının 5-də Kəlbəcər istiqamətində mina patlayışı nəticəsində Şəhid olub…

Nəşi 1 gün sonra Ləkətağ kənd qəbiristanlığında Əbədiyyə uğurlanıb…

Şəhidliyindən sonra  “Vətən uğrunda” medalı ilə təltif olunub…

Bu ilin iyunun 25-də isə ölkə Prezidenti tərəfindən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeninə layiq görülüb.

Məkanı cənnətlik, məqamı Ali və Uca olsun!

Nur içində uyusun!

Etikxeber.az

Read Previous

2022-ci ilin avqust Şəhidi, ailənin üç övladından biri, subay Samir Xudiyevin-ŞƏHADƏTİNİN DÖRDÜNCÜ İLİNDƏ RAMANA ŞƏHİDLƏR XİYABANINDA MƏZARI ZİYARƏT OLUNDU, AİLƏSİNİN YAŞADIĞI EVDƏ ADINA EHSAN VERİLDİ… – FOTOLAR – YENİLƏNİB

Read Next

Cəmi 6 ayın içində anası və tək qardaşını itirdi, özü isə nişanına 8 gün qalmış Şəhadətə qovuşdu-ANTİTERROR ŞƏHİDİ ŞƏHRİYAR ƏLİYEVİN CƏNNƏTDƏKİ ÜÇÜNCÜ DOĞUM GÜNÜNDƏ BAKIXANOV ŞƏHİDLƏR XİYABANINDA MƏZARI ZİYARƏT OLUNDU, MƏCLİS DÜZƏNLƏNDİ… – FOTOLAR – YENİLƏNİB – (1)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir