“Babamın adını bir dəfə fəxri adlar veriləcək sənətçilər siyahısına daxil ediblərmiş, amma səhəri gün məlum olub ki, onun adını çıxarıb, başqasının adını salıblar”-YAŞAR NURİNİN QIZI

Babam Məmmədsadıq Nuriyevin əməyinə, zəhmətinə, səhnədəki xidmətlərinə qiymət verilmədi. Hətta, adını bir dəfə fəxri adlar veriləcək sənətçilər siyahısına daxil ediblərmiş, amma səhəri gün məlum olub ki, babamın adını çıxarıb, başqasının adını daxil ediblər. Bundan sonra babam çox sarsılıb və yatağa düşüb. Bunu bizə atam Yaşar Nuri illər öncə söyləmişdi.

Etikxeber.az xəbər verir ki, bunu tanınmış sənətkar, Xalq artisti Yaşar Nurinin qızı Ülkər Nuriyeva ATV-də verilişlərdən birində deyib.

“Atam onu demişdi ki, həmin vaxt xəstə yatağında olan atama dedim, söz verdim ki, sənin layiq olduğun, amma ala bilmədiyin bütün adların, mükafatların hamısını alacağam. Belə oldu, atam sözünə, vədinə əməl etdi…”-deyə, o, əlavə edib.

Etikxeber.az

Read Previous

“Bu ölkənin terrorçu və faşist mahiyyəti dəyişməz olaraq qalır…”-MM-İN KOMİTƏ SƏDRİNİN MÜAVİNİ

Read Next

Bakıda əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq-SABAH

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir