“Bacılar” adını bizə Heydər Əliyev vermişdi…”-GÜLYANAQ MƏMMƏDOVA

Mərhum dövlət başçımız, Ulu Öndərimiz Heydər Əliyevlə bağlı xatirələrimiz həddindən artıq çoxdur. Onun bizə qarşı olan ata məhəbbətini, sevgisini, diqqət və qayğısını ömür boyu unuda bilmərik. Bizə “Bacılar” adını da məhz Ulu Öndərimiz vermişdi.

Etikxeber.az-ın xəbərinə görə, bunu bu gün telekanallardan birində çıxışı zamanı tanınmış sənətkar, Xalq artisti Gülyanaq Məmmədova deyib.

Bacısı, Xalq artisti Gülyaz Məmmədova ilə sənətə, səhnəyə ötən əsrin 80-ci illərinin sonlarında gəldiklərini bildirən G. Məmmədova artıq 1994-95-ci illərdən dövlət tədbirlərinə dəvət aldıqlarını diqqətə çatdırıb:

“Səhv etmirəmsə, 1995-ci il idi. Azərbaycana dövlət başçılarından biri səfər etmişdi və həmin vaxt Respublika Sarayında tədbir keçirilirdi. Bütün sənətçilərimiz də ordaydı. Mən də “Şahnaz” muğamını, korifey sənətkarımız Zeynəb xanım Xanlarovanın ifa etdiyi-sözləri Fikrət Qocaya, musiqisi böyük bəstəkarımız Ramiz Mirişliyə aid iolan “Ay bəri bax, bəri bax” mahnısını ifa etdim və ifam sən demə, Heydər Əliyevin çox xoşuna gəlibmiş. Mən ifamı edib, səhnənin arxasına keçdim, deyəsən, köməkçisi idi, cavan bir oğlan gəlib dedi ki, bəs Heydər Əliyev sizi çağırır. Mən də çəkinə-çəkinə getdim. Məni görən kimi ifamı bəyəndiyimi dedi,mənimlə maraqlandı və iki dövlət başçısının otrasında əyləşdirdi…

Sonra bizi bacımla birlikdə dövlət tədbirlərinə dəvət etdilər. Yenə Heydər Əliyev, dahi şəxsiyyət sənət adamları ilə görüşürdü. Bizi təqdim edəndə, soruşdu ki, Gülyaz hansıdır, Gülyanaq hansı? Dedilər ki, Gülyaz budur, Gülyanaq da bu…Dedi ki, bundan sonra sizi adınızla yox, “Bacılar” kimi çağıracam, adınız oldu “Bacılar”…Həmin gündən də biz daha çox “Bacılar” kimi tanındıq…Və çox qısa müddətdən sonra-1998-ci ildə bizi ayırmadan hər ikimizə də “Əməkdar artist” fəxri adını verdi…Biz hər zaman bu dahi və böyük şəxsiyyətə borcluyuq”.

G. Məmmədova eyni zamanda, mərhum dövlət başçısının daha çox musiqisi Cahangir Cahangirova və ifası böyük sənətkar Rəşid Behbudova aid olan “Alagöz” mahnısını xoşladığını, tədbirlərdən birində məhz onu ifa etdiyini və H. Əliyev tərəfindən bəyənildiyini də sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

“Həyatının hər anı xalqının taleyinə bağlı olan dahi insanlar haqqında heç vaxt keçmiş zamanda danışmırlar…”-KAMİLƏ ƏLİYEVA – YAZI-VİDEO

Read Next

Fazil Mustafa yazır: “YENƏ DƏ DİL MƏSƏLƏSİ”

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir