Bacısını döyüb öldürən qardaş həbs olundu

Bacısını döyərək qətlə yetirmiş Lənkəran sakini tutulub.

Daxili İşlər Nazirliyindən Etikxeber.az-a verilən məlumta görə, 2012-ci iyun ayının 17-də Lənkəran rayon sakini Təranə Ağayeva yaşadığı Nərimanabad qəsəbəsindəki evdən çıxmış və geri qayıtmayıb. Lənkəran ŞRPŞ-yə daxil olmuş məlumat əsasında T.Ağayevanın həmin gün qəsəbə ərazisində qardaşı Fuad tərəfindən daşla döyülərək qətlə yetirilməsi və cəsədinin evinin yaxınlığında basdırılması müəyyən edilib. Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində F.Ağayev tutulub. O, hadisəni törətdiyini etiraf edib. Təranənin cəsədinin qalıqlarının eksqumasiya edilməsi üçün tədbirlər görülür. Faktla bağlı araşdırma aparılır.

Etikxeber.az

Read Previous

Rəqəmsal təhsil konsepsiyası hazırlanacaq

Read Next

Avtomobil qaçırmaqda şübhəli bilinən şəxs həbs edildi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir