“Bu ərazidə sürüşmə hadisəsinin baş verməsi ilk dəfə deyil, daha əvvəllər də ərazi sürüşməyə meylli olub…”-Eldar Əzizov – “Badamdar”-da yenidən torpaq sürüşməsi-YOL BAĞLANDI VƏ… – FOTO – YENİLƏNİB – (2)

Bakının Səbail rayonu ərazisində “20-ci sahə”-dən Badamdar qəsəbəsinə gedən yolda – Bayıl yamacında torpaq sürüşməsi baş verib.

Etikxeber.az APA-ya istinadən xəbər verir ki, hadisə nəticəsində yol tamamilə bağlanıb.

***

Badamdar şossesində baş verən torpaq sürüşməsi ilkin məlumata əsasən, əvvəl qeydə alınan hissədə aktivləşib.

Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov əraziyə gəlib.

Sürüşmə nəticəsində 1 iaşə xidməti obyekti və 2 fərdi yaşayış evi zərər görüb.

Ətrafda yaşayan insanlar təxliyə olunub.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və Səbail Rayon Polis İdarəsinin rəhbəri Cavid Muradov və polis əməkdaşları da cəlb olunub.

Dağıntılar altında “Mersedes” markalı avtomobilin qaldığı bildirilib.

Əlavə məlumat veriləcək.

23:02

***

“Badamdar qəsəbəsində torpaq sürüşməsi əvəəl baş verdiyi ərazidə aktivləşib. Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov və rayon Polis İdarəsinin rəisi, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları  və digər aidiyyəti qurumların nümayəndələri dərhal hadisə yerinə gəliblər”.

Bunu  Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Vüqar Şıxəmmədov bildirib.

Onun sözlərinə görə, ilkin müşahidə zamanı məlum olub ki, 1 ictimai iaşə obyekti, 2 fərdi yaşayış evi zərər görüb.

Həmin evlərdə yaşayan sakinlər dərhal təxliyə edilib:

“Eyni zamanda sürüşmə zamanı torpaq altında 1 minik avtomobili qalıb. Xoşbəxtlikdən heç bir tələfat yoxdu”.

23:40, 28 yanvar

***

Bakı şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Eldar Əzizov da Badamdar şossesində baş verən sürüşmə ərazisinə gəlib.

BŞİH başçısı hadisənin qeydə alındığı əraziyə baş çəkib, vəziyyətlə tanış olub.

Eldar Əzizov bildirib ki, Bakı Şəhər İcra Hakimiyyəti, Fövqəladə Hallar Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi ərazidə monitorinqlər aparır:

“Hazırda  dəymiş ziyanın aradan qaldırılması istiqamətində işlərin aparılmasına başlanılıb. Bu ərazidə sürüşmə hadisəsinin baş verməsi ilk dəfə deyil, daha əvvəllər də ərazi sürüşməyə meylli olub”.

Etikxeber.az

Read Previous

Xocavənddən, Hadrutdan Suşaya, Laçın dəhlizinə, Qubadlıyacan döyüş yolu keçmiş İgidimiz…”Şuşa” medallı Qəhrəmanımız-CEYHUN FİRUZ OĞLU OSANLI!

Read Next

“Rauf kimi gənclərimizlə hər zaman qürur duyacağıq!”-DEPUTAT ŞƏHİD RAUF ƏLİYEVDƏN BƏHS ETDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir