İkinci Vətən Müharibəsi Şəhidi Cəmil Məmmədlinin adı-xatirəsi əbədiləşdirilib.
Etikxeber.az xəbər verir ki, bugünlərdə Cəmil Məmmədlinin adına küçə verilib.
Cəmil Məmmədlinin adı Bakı şəhərinin Səbail rayonunun Badamdar qəsəbəsində yerləşən “Məktəbli” küçəsinə verilib.
Bundan sonra həmin küçə Cəmil Məmmədlinin adını daşıyacaq.
Qeyd edək ki, əslən İsmayıllı rayonundan olan Cəmil Habil oğlu Məmmədli ailəsi ilə birlikdə Bakı şəhərinin Səbail rayonunun Bayıl qəsəbəsində-keçmiş “Buxta”-indiki Şəhid Nicat Şükürlü küçəsində yaşayıb.
Cəmil Məmmədli 1999-cu ilin iyul ayının 28-də dünyaya gəlib.
Ailənin iki övladından biri, evin tək və subay oğlu olub.
Cəmil Məmmədli ali təhsilli idi.
2020-ci ilin yayında ali təhsilini bitirdikdən sonra həqiqi hərbi xidmətə yollanıb və İkinci Vətən Müharibəsində Azərbaycan Ordusunun Əsgəri kimi iştirak edib.
2020-ci ilin oktyabr ayının 14-dən 15-nə keçən gecə Füzuli istiqamətində qəhrəmancasına Şəhidlik məqamına ucalıb.
Nəşi 15 oktyabr tarixində İsmayıllı rayon Şəhidlər Xiyabanında Əbədiyyətə uğurlanıb.
Şəhidliyindən sonra 4 medal və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.
Nur içində yatsın!
Etikxeber.az