Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Badamdar-20-ci sahə avtomobil yolunun sağ kənarındakı sürüşmə zonasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan qərargahın üzvlərinin apardığı monitorinqin saat 10:00-a olan nəticəsi açıqlanıb.
Nazirliyin mətbuat xidmətindən Etikxeber.az-a verilən xəbərə görə, monitorinqin nəticəsinə əsasən ərazidə nisbi gərginlik qalmaqdadır.
Sürüşmə sahəsi üzərində xırda uçqun prosesləri davam edir. Sürüşmə sağ və sol hissəsində qeydə alınan çatların parametrlərində nisbi artım qeydə alınıb.
Sürüşmənin yuxarı hissəsində yerləşən fərdi yaşayış evlərinin hasarlarında quraşdırılmış mayaklarda dəyişiklik müşahidə olunmayıb.
Etikxeber.az