Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan qərargah üzvlərinin Badamdar sürüşmə zonasında apardıqları monitorinqin saat 10:00-a olan nəticəsi açıqlanıb.
Nazirliyin mətbuat xidmətindən Etikxeber.az-a bildiriblər ki, ərazidə gərginlik qalmaqdadır.
Sürüşmə sahəsinin bir hissəsində torpaq kütləsinin avtomobil yoluna doğru hərəkətində artım qeydə alınıb. Düşən yağıntılar nəticəsində kiçik hissədə torpaq axıntısı müşahidə olunub.
Sürüşmənin yuxarı hissəsində yerləşən fərdi yaşayış evlərinin hasarlarında quraşdırılmış mayaklarda dəyişiklik olmayıb.
Etikxeber.az