Badeanın hesabatı qərəzli və birtərəflidir – HƏSƏNOVDAN AŞPA-YA ETİRAZ

AŞPA-nın yay sessiyasında ölkəmizdə keçirilən prezident seçkilərindən danışan Azərbaycan nümayəndə heyətinin üzvü, Milli Məclisin deputatı Elşad Həsənov seçkilərin beynəlxalq standartlara uyğun keçirildiyini bildirib.

Etikxeber.az-a açıqlamasında bu haqda məlumat verən millət vəkilinin dediyinə görə, o, çıxışında  söyləyib ki, siyasi plüralizm namizədlər arasında real rəqabətə stimul verib.

elsaddddd

Qeyd edib ki, seçkilərdə səkkiz namizəd iştirak edib və namizədlərin bəziləri mövcud hakimiyyəti sərt tənqid etməkdən belə çəkinməyib.

E.Həsənov çıxışında deyib ki, seçkiləri sərbəst şəkildə müşahidə etdiklərini, prosesin yaxşı təşkil edildiyini və seçkilərin səmərəli hazırlandığını beynəlxalq müşahidəçilərin özləri bəyan ediblər.

Deputatın sözlərinə görə, çıxışında həmçinin qeyd edib ki, Viorel Badeanın rəhbəri olduğu missiyanın hesabatı qərəzli və birtərəflidir, müşahidəçilərin konkret olaraq nəyi nəzərdə tutduqlarını anlamaq çətindir.

“Qeyd etdim ki, Azərbaycan İctimai Televiziyası namizədlərə ödənişsiz efir vaxtı təqdim edib. İnternet saytlar və sosial media tam müstəqildir. Seçkilərin işıqlandırılması obyektiv və qərəzsiz olub. Seçkilər zamanı yerli müxalifət bir sıra mitinqlər təşkil edib, onlara hakimiyyət tərəfindən icazə verilib. Namizədlər seçiciləri ilə mütəmadi görüşlər keçiriblər…”.

Deputatın qeyd etdiyinə görə, çıxışında eyni zamanda vurğulayıb ki, Yeni Azərbaycan Partiyasının (YAP) namizədi İlham Əliyev prezident seçkilərində inamlı qələbə qazanıb.

“Bildirdim ki, prezident İlham Əliyevin uğurlu iqtisadi inkişaf, sabitlik və multikulturalizm siyasəti seçkilərdə onun birmənalı qələbəsini şərtləndirib,  Azərbaycanda prezident seçkilərinin nəticəsi xalqın iradəsini əks etdirib”.

Etikxeber.az

 

Read Previous

Səməd Seyidov yenidən AŞPA kürsüsündə…

Read Next

Səməd Seyidov AŞPA-nın yenidən vitse-prezidenti seçildi…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir