“Bağlamalarda olan əşyalarla bağlı Fövqəladə Hallar Nazirliyi məsuliyyət daşımır”-NAZİRLİKDƏN RƏSMİ CAVAB GƏLDİ

Bağlamalarda olan əşyalarla bağlı Fövqəladə Hallar Nazirliyi məsuliyyət daşımır.

Etikxeber.az xəbər verir ki, bu fikir Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətinin yaydığı açıqlamada əksini tapıb.

Qeyd edək ki, saytımızda “FHN-Şəhid ailələrindən, Şəhid analarından nə istəyirsən, nə istəyirsiniz?” adlı yazı getmiş və orada Şəhid Nofəl Nuriyevin anası Fatma Nuriyevaya istinadən qeyd olunmuşdu ki, FNH-in əməkdaşları tərəfindən dünən-8 iyun tarixində Şəhid ailəsinə köhnə, nimdaş paltarlardan ibarət bağlama verilib və bu da ailənin narazılığı, etirazı ilə qarşılanıb.

Həmçinin, Şəhid ailəsi paltarlardan (bağlamadan) imtina edərək, onları yandırıb.

FHN-in Mətbuat Xidmətinin bununla bağlı açıqlamasında isə qeyd olunur ki, Türkiyə Respublikasında qeyri-hökumət təşkilatı kimi fəaliyyət göstərən “İHH İnsan Hak ve Hürriyetleri İnsani Yardım Vakfı” tərəfindən Vətən müharibəsi şəhidlərinin ailələri üçün sosial dəstək aksiyası həyata keçirilir. Belə ki, aksiya çərçivəsində təşkilat tərəfindən Azərbaycana hədiyyə bağlamaları gətirilib.

“Həmin bağlamaların isə bölgələrdəki ailələrə çatdırılması işləri Fövqəladə Hallar Nazirliyinin regional mərkəzlərinə həvalə olunub. Bağlamalarda olan əşyalarla bağlı Fövqəladə Hallar Nazirliyi məsuliyyət daşımır”-deyə, açıqlamada sonra qeyd olunur.

Etikxeber.az

Read Previous

Hüquq müdafiəçiləri Niyaz Niftiyevlə bağlı ölkə Prezidenti və Baş prokurora-MÜRACİƏT ÜNVANLADILAR

Read Next

Bayramovla Riker nəyi-MÜZAKİRƏ ETDİLƏR? – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir