Bağlanan 10 bankın əmanətçilərinə 527 milyon manat kompensasiya ödənilib

Əmanətlərin Sığortalanması Fondu lisenziyası ləğv olunan 10 bankın qorunan əmanətçilərinə verilən kompensasiyaların həcmini açıqlayıb.

Fonddan Etikxeber.az-a verilən məlumata görə, 20 oktyabr 2016-cı il tarixdə “Parabank” ASC-nin qorunan əmanətçilərinə 32 mln. 821 min manat, “Zaminbank” ASC-nin qorunan əmanətçilərinə 50 mln. 980 min manat, “Kredobank” ASC-nin qorunan əmanətçilərinə 18 mln. 70 min manat və “Dekabank” ASC-nin qorunan əmanətçilərinə isə 2 mln. 850 min manatdan artıq kompensasiya ödənilib. 4 bank üzrə ümumilikdə 104 mln. 721 min manatdan artıq kompensasiya verilib.

“Atrabank” ASC-nin qorunan əmanətçilərinə 14 mln. manat, “Qafqaz İnkişaf Bankı” ASC-nin qorunan əmanətçilərinə 1 mln. 876 min manatdan artıq kompensasiya ödənişi edilib. İki bank üzrə ümumilikdə 15 mln. 876 min manatdan artıq kompensasiya ödənilib.

“Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərinə 24 mln. 91 min, “Gəncəbank” ASC-nin qorunan əmanətçilərinə 969 min manat, “Texnikabank” ASC-nin qorunan əmanətçilərinə isə 119 mln. 977 min manatdan artıq kompensasiya verilib. Üç bank üzrə ümumilikdə 145 mln. 38 min manatdan artıq kompensasiya ödənişi həyata keçirilib.

“Bank Standard” QSC-nin qorunan əmanətçilərinə 261 mln. 624 min manat artıq kompensasiya ödənilib.

Ümumilikdə Fond tərəfindən 10 bank üzrə 527 mln. 259 min manatdan artıq kompensasiya ödənilib.

Etikxeber.az

Read Previous

Bazarların bölgüsünə dair prinsiplər müəyyənləşdi

Read Next

Çovdarovun cinayət işi üzrə zərərçəkmiş kimi tanınan şəxsin məhkəməsində iki nəfər şikayətini geri götürdü

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir