Bahar Muradova Elçindən yazdı: “BƏŞƏRİ VƏ SƏMİMİ…”

Cox hörmətli Xalq yazıcımız Elcinin Modern.az saytına müsahibəsini oxudum.

Əsas vəzifəsi “Yazıcılıq”olan sənətkarımızın sətirlər arasından boylanan obrazı yaradıcılığl kimi əzəmətli, fikirləri zaman və məkan cərcivəsi tanımayacaq qədər hüdudsuz, mövqeyi isə hər cür konyukturadan uzaq, bəşəri və səmimi idi. 

Hərcənd o söyləyir ki,25 illik dövləti vəzifədə olması Ginnesin rekordlar kitabına düşəcək qədər coxdur, amma mənə görə Xalq yazıcımızın bütün 75 illik həyatı və onun əsas mənası olan yaradıcılığı bütövlukdə onun özünün öz üzərinə xalq və dövlətcilik naminə götürdüyü “xalqın yazıcısı olmaq ” vəzifəsinin icrasına həsr olunub.

elcin-efendiyev

baharrrr

İNSANİ idealların bütün dünyada bərqərar olması naminə yorulmadan calışmaq, hər zaman saf, duru, müasir və ən əsası milli olmağı bacarmaq Elcin Şəxsiyyətinin əsas məzmunu və onun zaman üzərində qələbəsinin rəhnidir.

Gözəl insan,bütöv şəxsiyyət və görkəmli yazıcımızı yubileyi münasibətilə təbrik edir Xalqa və Dövlətə xidmət missiyasını şərəflə davam etdirməsi yolunda yeni-yeni uğurlar arzulayıram.

Bahar MURADOVA,

Milli Məclis sədrinin müavini

Etikxeber.az

 

 

Read Previous

1000 ha əkin sahəsində müasir suvarma sistemlərinin quraşdırılması işləri davam etdiriləcək – SƏRƏNCAM

Read Next

Müqəddəs Ramazan ayı başlayır – BU GÜN

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir