Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Millət vəkili Fazil Mustafa parlamentdə xanım millət vəkillərinə müraciət edib.
Etikxeber.az verir ki, millət vəkili qeyd edib ki, ictimai yerlərdə siqaret çəkilməsinə qadağa qoymaq lazımdır: “Xüsusilə məktəb yaxınlarında tütün məmulatları ilə satan mağazalar var. Lap ora reklam yapışdır ki, siqaret çəkmək olmaz. Onsuz da bunlar var. Amma mağazalar, qəlyan çəkən yerlər məktəbliləri azyaşlıları buna bir növ təhrik edir. Ona görə də xanım həmkarlarına müraciət edirəm ki, onlar bu məsələnin həllində daha fəal olsunlar”.
Vitse-spiker Bahar Muradova deputat həmkarının fikirlərinə dəstək verib: “Siqaretdən istifadənin qarşısının alınması həm sağlamlığa xeyir olardı, həm də şəxsi büdcəyə. Ona görə də biz xanım millət vəkilləri bu məsələdə təşəbbüskar olublar və olmağa da hazırdırlar”.
Millət vəkili Gövhər Baxşəliyeva cərimələri artırmaqla bu məsələnin qarşısının almağın mümkünsüz olduğunu bildirib: “Bunun ictimai yerdə çəkilib-çəkilmədiyini sübut etmək mümkün olmayacaq. Burada daha çox maarifləndirilməyə üstünlük verilməlidir”.
Etikxeber.az