Bahar Muradova-“MÜNHEN ZƏFƏRİ”NDƏN YAZDI…

Münhen Təhlükəsizlik Konfransında Azərbaycan və Ermənistan rəhbərləri arasında münaqişə tarixində ilk dəfə kecirilən debatda beynəlxalq diplomatiya ilə məhəllə təfəkkürü üz-üzə gəldi.

30 ildən sonra belə bir formatda kecirilən bu görüş diqqətləri Ermənistan rəsmilərinin Azərbaycan tərəfi ilə bu günədək niyə yalnız bağlı qapılar arxasında “konfidensial”danışıqlara üstünlük verməsinə, eləcə də Minsk qrupu həmsədrlərinin bunun ücün vasitəcilik etdikləri görüntüsünü yaratmalarına yönəltdi.

Mənə görə bu iki səbəbdən dalana dirənmiş danışıqları nəticəyə yönəlmiş prosesə cevirmək ücün bu debatı yeni bir başlanğıc hesab etmək olar.

Sülh danışıqlarının əsas iştirakcıları olan Azərbaycan və Ermənistan respublikasının vətəndaşları,o cümlədən danışıqlarda maraqlı tərəflər kimi kecən dağlıq qarabağın azərbaycanlı və erməni icmaları bir daha kimin nəyə qadir olduğunu və öz xalqını necə təmsil etdiyini əyani şəkildə gördülər.

O cümlədən dünya ictimaiyyəti,bu konfransda iştirak edən dövlət rəsmiləri,siyasətcilər və ekspertlərin gözü qarşısında təcavüzkar siyasətə haqq qazandırmağın daha mümkün olmadığı üzə cıxdı.

İndi məni bir sual maraqlandırır.

Görəsən yüz illərlə böyük ermənistan yalanları ilə dünyanın gözünə kül üfürən,öz xalqını isə zombi kimi uydurma tarix naminə bü günündən və gələcəyindən kecməyə sövq etməyə calışan erməni “başbilənləri” tarxin qaranlıq səhifələrində eşələnən bir “kücə demokratının”elə həmin tarixdən kəsilməsini həzm edə biləcəklərmi?

Eyni zamanda erməni xalqının məntiqi təfəkkürü insanlıq dəyərlərini inkar etməyən kəsiminin bu taleyə boyun əyməyin perspektivsiz bir iş olduğunu anladığını qəbul edərək səslərini qaldırıb qaldırmayacaqları kifayət qədər əhəmiyyətli bir məsələdir.

Onlar indi “həqiqətlərlə yalanların”mübarizəsində öz xalqının yerini hec olmasa bundan sonra harada gördüklərini acıq demək ücün imkan əldə etmişlər.

İkinci bir sual isə ondan ibarətdir ki,bu imkan erməni ziyalıları və öz xalqını dücar olduqları bu cıxılmaz vəziyyətdən xilas etmək gücündə olan əsil vətənpərvərlər tərəfindən lazımınca dəyərləndiriləcəkmi?

Yoxsa bu dəfə də özlərinin söylədiyi kimi “əzabkeş erməni xalqının mənafeyi diletant baş nazirin öz “makro inqilabının” nəticələrini qorumaq ücün “mikro inqilablar” seriyası kimi sərsəm planları vasitəsilə daha uzun müddətə əldən veriləcək?

Baxaq, görək!!!…

Bahar MURADOVA,

Vitse-spiker

Etikxeber.az

Read Previous

Sabir Rüstəmxanlı Məmməd İsmayıl, Musa Yaqub, Çingiz Əlioğlu və “XƏSTƏLƏNMƏYİ”NDƏN YAZDI…

Read Next

UEFA Çempionlar Liqasında 1/8 final mərhələsi başlayır-BU GÜN

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir