Bahar Muradova: Soyqırımla bağlı qanun layihəsi fevralda müzakirəyə çıxarılacaq

Azərbaycana qarşı soyqırımı, təcavüz, etnik təmizləmə və digər beynəlxalq cinayətlərin cəzalandırılması ilə bağlı hazırlanan qanun layihəsinin fevral ayında Milli Məclisdə geniş ictimai müzakirəsi təşkil olunacaq.
 Bunu Etikxeber.az-a açıqlamasında  Milli Məclis (MM) sədrinin müavini Bahar Muradova bildirib.
Onun sözlərinə görə,  adıçəkilən qanun layihəsi MM-in təşəbbüsü ilə deyil, QHT-lərin təşkilatçılığı ilə hazırlanır.
“Bununla belə, Milli Məclis bu qanun layihəsinin hazırlanmasına  yaxından  dəstək verib. Hazırda qanun layihəsi üzərində ciddi iş gedir. Qanunun beynəlxalq standartlara uyğun hazırlanması üçün beynəlxalq təcrübə öyrənilir və Milli Məclisin hüquqşünasları, ekspertləri də bu prosesdə yaxından iştirak edir”- deyə, B. Muradova vurğulayıb.
Vitse-spiker bildirib ki,  qanun layihəsi Xocalı soyqırımının 25 illiyi ərəfəsində hazır olacaq:
“Fevralın birinci və ya ikinci ongünlüyündə qanun layihəsinin  Milli Məclisdə  təqdimatı və geniş ictimai müzakirəsi təşkil olunacaq”.
B. Muradovanın fikrincə, bu, o, anlama  gəlməməlidir ki, qanun layihəsi ictiami müzakirəyə çıxarıldıqdan dərhal sonra MM-in gündəliyinə  salınaraq müzakirəyə çıxarılacaq.
“İctimai müzakirələrdən sonra qanun layihəsi ekspertizadan keçməsi üçün müvafiq qurumlara  rəylərə göndəriləcək. Qanun laiyhəsi ekspertizadan keçəndən sonra məsələ gündəliyə salınacaq”- deyə, vitse-spiker bildirib.
Etikxeber.az

Read Previous

Kürdəmir sakinindən sənədləri olmayan ov tüfəngi götürüldü

Read Next

Vitse-spiker: Xeyli sayda məhkumun əfvilə bağlı Əfv Komissiyasına edilən müraciətlər müsbət nəticələnib

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir