Bahar Muradova və Tahir Mirkişilidən “mühacir”lərə sərt çavab

Millət vəkilləri Leyla Yunus və Emin Hüseynovu  topa tutdular

“İnsan həyatı boyunca müxtəlif fikirlərə sahib ola bilər, fəqli düşünə bilər, mülayim və ya aqressiv ola bilər, ağ dərili və ya qara dərili ola bilər, iqtidarda və ya müxalifətdə ola bilər, nəyisə sevib və nəyə isə nifrət edə bilər”.

Etikxeber.az-ın xəbərinə görə, bunu Azərbaycanın ATƏT Parlament Assambleyasındakı (PA) nümayəndə heyətinin üzvü Tahir Mirkişili qurumun bugünlərdə  Siyasi məsələlər və təhlükəsizlik komitəsi, İqtisadi məsələlər, elm, texnologiya və ətraf mühit komitəsi və Demokratiya, insan hüquqları və humanitar məsələlər komitəsinin birgə iclası zamanı onun və həmkarları Kamran Nəbizadə ilə Elşad Həsənovun çıxışlarında Xocalı soyqırımından bəhs edilərkən həmin iclasa qatılan və hazırda mühacirətdə yaşayan  Leyla Yunus Emin Hüseynovun gülməsinə  və bunun Azərbaycan cəmiyyətində sərt etiraza səbəb olmasına münasibətini bildirərkən deyib.

tahir-1

“Ancaq insanın genetik kodunda onun yaranışının səbəblərinə nifrət kodlaşdırılmayıb. İnsan öz anasına, öz vətəninə, öz millətinə, öz dilinə nifrət edə bilməz, bu insanın yaranması səbəblərinə ziddir və onun missiyasına aid deyil. Biz o tədbirdə bunları dinlədikcə bizə elə gəlirdi ki, bunlar mutantdırlar, hansısa başqa bir növ ilə calaq olunublar” – deyən deputatın eyni zamanda sözlərinə görə, həmin şəxlərin danışdıqları mövzuları boş verin, onsuz da məntiqsiz, savadsız və qaragüruh ilə danışırlar: “Bizi heyrətləndirən “əyri bitmiş bu ağacların”  əyrilik bucağı və meyvə vermək iddiasında olmaları idi.Amma belə agaclar heç vaxt meyvə vermir və ya meyvələri yeməli olmur”.

elsad-1

Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyəti rəhbəri, Milli Məclis (MM)  sədrinin müavini Bahar Muradova da adıçəkilən şəxslərin hərəkətlərini pisləyib:

bahar-atet-2

“Bu tədbirdə iştirak edən Azərbaycan parlamentariləri həm ingilis, həm də digər dillərdə gözəl danışırlar.Və hər kəs bilsin ki,Azərbaycan və onun maraqları naminə hər cür fədakarlığa da qadirdirlər.Hətta özünü “demokrat və hüquq müdafiəcisi” adlandıran üzdəniraq soydaşlarımıza belə öz dilimizdə azərbaycanlı olduqlarını xatlrlatmağın əzabını cəkməyə belə hazırdırlar. Gəlin razılaşaq ki, digər ölkələrin nümayəndələri icərisində öz soydaşına azərbaycanlı olmanın məsuliyyətini anlatmağa məcbur olmaq bizə düşmən dairələrin cinayətini bəyan etməkdən qat qat cətindir. Təəssüf ki,hərdən belə də olur. Bir də belə hallar kimin kim olduğunu bir daha təsdiq edir”.

leyla-ve-arif

K. HƏMZƏOĞLU

Etikxeber.az

 

Read Previous

Gec-tez haqq-ədalət zəfər çalacaq – PA RƏSMİSİ

Read Next

Əli Həsənov Xocalıdan, “Zeytun budağı”ndan danışdı…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir