Bahar Muradovanı 2016-ya qayıtmağa nə vadar etdi? – VİDEO

Dünəndən bəri sosial şəbəkələrdə yayılan məlumatlar məni yenidən bir müddət əvvələ qayıtmağa, 2016-cı ilin büdcə müzakirələri zamanı baş vermiş bir hadisə haqqında açıqlama verməyə vadar etdi.

Həmin müzakirələr zamanı Milli Məclisin 5 komitəsinin iclası 3 saatdan artıq çəkdi.

Xatırladıram ki, həmin iclasın sədri kimi həm parlamentarilərə həmdə hökumət üzvlərinə bu müzakirələrdə çıxış edərək öz mövqeyini ifadə etməsi üçün maksimum şərait yaradaraq həm büdcənin parametrləri, həm də ehtiyaclarımız haqqında obyektiv müzakirələrin təşkil olunmasına çalışdım.

Çoxsaylı mətbuat nümayəndələrinin də iştirak etdiyi bu iclas başa çatar-çatmaz sosial şəbəkələrdə mənim tərəfimdən deyilməsi iddia olunan yanlış fikirlər surətlə yayılmağa başladı.

Guya ki, mən həmin iclasda büdcə azalmalarının təsir edə biləcəyi insanlara üzümü tutaraq “əhali yoxsul yaşamağa öyrəşsin” və s. kimi fikirlər səsləndirmişəm. 

bahar xanimmmmmmmmmmmmmm

Bunun da nəticəsində “xalqın mənafeyini hər şeydən əziz tutan” bir qrup sosial şəbəkə istifadəçisinin qəzəbinə gəldim. Və onlar arsenallarında olan bütün silahlardan mənə qarşı istifadə etməyə, bununla da məhəllə ədəbiyyatı nümunələrinə çox yaxşı bələd olduqlarını göstərməyə başladılar. 

Necə deyərlər, kimin qabında nə vardısa, hamıyla bölüşməyə çalışdı…

Mən o zaman iclasın videoyazısından nümunələri (giriş və yekun nitqlərimi) paylaşmaqla öz mövqeyimi bildirdim.

Amma artıq olan olmuşdu. Həmin əsassız məlumatlar bu günədək də sosial şəbəkələrdə qalır. Və hərdən “vacib bilənlər” yenidən bu məsələyə qayıdaraq bir qrup insanları doğurdan da belə bir halın olmasına inandırmaq üçün yeni cəhdlər edirlər. Və məlumatsız şəxslər bəzən çərçivəni aşan rəylər və şərhlər verməklə daha artıq yanlışlıqlara yol açırlar.

Bütün dostlara, sosial şəbəkə istifadəçilərinə, eləcə də seçicilərimə səslənərək demək istəyirəm ki, həmin iclasda nə mən, nə mənim digər həmkarlarım, nə də ki, hökumət ümayəndələrindən heç kim tərəfindən belə bir fikir səslənməyib.

Deməli kimlərsə belə bir dezinformasiyaları yaymaqla hansısa qərəzli məqsədlərinə çatmaq niyyətində olduqlarını bir daha sübut etməkdədirlər.

Üzərindən 2 ilə yaxın vaxt keçəndən sonra yenidən buna qayıtmağın özü belə bir qərəzli münasibətin bariz nümunəsidir…

Bahar MURADOVA,

Milli Məclisin (MM) sədr müavini

Etikxeber.az

 

 

Read Previous

İcbari tibbi sığortanın tətbiqi ilə bağlı tədbirlər haqqında SƏRƏNCAM

Read Next

Çavuşoğlu nə vaxt gələsi oldu? – AÇIQLAMA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir