Bahar Muradovanın təklifi yekdilliklə qəbul olundu – ATƏT PA-DA – FOTOLAR – YENİLƏNİB

Lüksemburqda İsveçrə nümayəndə heyətinin başçısı Marqareta Kiner Nellenin sədrliyi ilə ATƏT PA-nın Demokratiya, İnsan Hüquqları və Humanitar Məsələlər Komitəsinin iclası davam edib. 

Etikxeber.az xəbər verir ki, iclasda Azərbaycan qanunverici orqanının nümayəndə heyətinin başçısı, Milli Məclisin (MM) sədr müavini Bahar Muradovanın rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.

Komitə üzvlərinin mühakiməsinə Kiprdən olan deputat Kiriakos Hadjiyanninin hazırladığı və təklif etdiyi qətnamə layihəsi çıxarılıb.

Müzakirələrdə çıxış edən deputat Tahir Mirkişili deyib ki, Azərbaycanın Dağlıq Qarabağ regionunun erməni və Azərbaycan icmaları Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri hüdudlarında birgə yaşaya bilərlər və yaşamalıdırlar. Bu, Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Azərbaycan ərazilərinin 20 faizinin işğaldan azad edilməsindən sonra mümkündür. Mirkişilinin sözlərinə görə, işğal faktı və etnik təmizləmə siyasəti beynəlxalq hüquqa ziddir və insan hüquqlarını pozur.

***

bahar-1

B. Muradova isə münaqişə zonası ilə bağlı 33-cü maddəyə 15-ci düzəlişi etməyi və təkcə münaqişə zonalarında deyil, həmçinin münaqişələrdən və doğma torpaqlarının işğalından əziyyət çəkən şəxslərin nəzərə alınmasını təklif edib.

İclasın sədri və layihənin müəllifi, habelə deputatların iştirakı ilə ardıcıl davam edən məsləhətləşmələrin gedişində və Azərbaycan nümayəndə heyətinin başçısının inandırıcı əsaslandırması nəticəsində konsensus əldə edilib.

Bundan sonra B.Muradovanın qətnamə layihəsinə təklif etdiyi düzəliş səsverməyə çıxarılıb və yekdilliklə qəbul olunub.

Etikxeber.az

Read Previous

Qarşıdakı 3 ildə 1500-2000 kilometr dəmir yolu təmir olunacaq – CAVİD QURBANOV

Read Next

“Dini və tarixi mədəni abidələrin qorunmasına həssaslıqla yanaşılır…” – DEPUTAT

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir