“Baharın gəlişi və yeni başlanğıcları qeyd etdiyimiz bu ildə xalqlarımız arasında dostluğu daha da dərinləşdirməyi həvəslə gözləyirəm”-BAYDEN ƏLİYEVİ TƏBRİK ETDİ

ABŞ Prezidenti Cozef Bayden Novruz bayramı münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Etikxeber.az xəbər verir ki, Cozef Bayden Amerika xalqı adından dövlətimizin başçısına və Azərbaycan xalqına sevincli və firavan Novruz bayramı münasibətilə ən xoş arzularını çatdırıb.

Məktubda deyilir:

 “Azərbaycan və Birləşmiş Ştatlar ötən il ərzində enerji təhlükəsizliyini təmin etmək və xalqlarımızın üzləşdiyi transmilli çağırışlara cavab vermək üçün bir araya gəliblər. Baharın gəlişi və yeni başlanğıcları qeyd etdiyimiz bu ildə xalqlarımız arasında dostluğu daha da dərinləşdirməyi həvəslə gözləyirəm. Birləşmiş Ştatlar bu yenilənmə və düşüncə mövsümündə Cənubi Qafqazda gələcək nəsillər üçün təhlükəsizliyi və çiçəklənməni təşviq edəcək Azərbaycanla Ermənistan arasında dayanıqlı sülhə olan dəstəyimizi bir daha təsdiq edir”.

Etikxeber.az

Read Previous

Daha 22 yeni yoluxma-DAHA 5 ÖLÜM…

Read Next

Xarici xüsusi xidmət orqanı ilə əməkdaşlıq edən şəxslər-HƏBS OLUNDU – VİDEO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir