Bakıətrafı ərazilərə metro xəttinin çəkilməsi təklif olundu…

Bakı Dövlət Layihə İnstitutu Bakıətrafı ərazilərdə 3 əsas istiqamətdə metro xəttinin çəkilməsini təklif edir.

Etikxeber.az xəbər verir ki, bu barədə Bakı Dövlət Layihə İnstitutunun direktoru İlqar İsbatov deyib.

O, bildirib ki, bu 3 istiqamətə Xırdalan şəhəri, Lökbatan və Rəsulzadə qəsəbələri daxildir.

İ.İsbatov qeyd edib ki, Binəqədi rayonunda böyük bir səhiyyə kompleksinin, həmçinin əczaçılıq və səhiyyə sənayesinin inkişafını nəzərdə tutan böyük bir sənaye parkının salınması planlaşdırılıb. Biz bu parka qədər metro xəttinin uzadılmasını təklif etmişik.

“Bundan əlavə Lökbatan qəsəbəsində yeni avtovağzalın, Ələt qəsəbəsində isə aşağıbüdcəli aviareyslərin həyata keçirilməsi üçün hava limanının tikilməsi təkliflərimiz sırasında yer alıb”- deyə, İ.İsbatov vurğulayıb.

Etikxeber.az

Read Previous

Dərman vasitələrinin qiymətlərinin tənzimlənməsində dəyişiklik olundu

Read Next

Vergi və rüsumlarından yayınmağa çalışan sahibkar və şirkətlərin adları açıqlandı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir