Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 114-cü kilometrində hərəkət məhdudlaşdırılacaq

Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 114-cü kilometrində (Hacıqabul şəhəri) yerləşən yol ötürücüsünün sol yarımhissəsindəki (Bakı şəhər istiqaməti) deformasiyaya uğramış körpü aşırımlarının dəyişdirilməsi işləri aparılır.

Bu barədə Etikxeber.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətindən bildirilib.

Aparılan bərpa işləri ilə əlaqədar körpünün sözügedən hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti yanvarın 15-dən məhdudlaşdırılacaq. Bakı şəhəri istiqamətində hərəkət edən avtonəqliyyat vasitələrinin hərəkəti əks istiqamətə yönəldilməklə təmin olunacaq.

Sürücülərdən körpünün üzərində hərəkət edərkən diqqətli olmaları və ərazidə qoyulmuş müvəqqəti yol nişanlarına riayət etmələri xahiş olunur.

Körpünün aşırımlarının bərpasının qısa müddət ərzində aparılaraq yekunlaşdırılması nəzərdə tutulub.

Etikxeber.az

Read Previous

Əliyev Ruhaniyə başsağlığı verdi

Read Next

İƏT Parlament İttifaqı Azərbaycanla bağlı iki qətnamə layihəsi qəbul etdi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir