“Bakı-2017”: Azərbaycanın qadın həndbolçuları yarımfinala vəsiqə qazandı – FOTO

Mayın 11-də “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının həndbol yarışlarının qrup mərhələsinə yekun vurulub.

Etikxeber.az xəbər verir ki, əvvəlcə kişilər arasında “B” qrupu çərçivəsində görüşlər keçirilib. Mərakeş yığması ilə qarşılaşan İraq millisi 25:22 hesabı ilə qalib gələrək adını yarımfinala yazdırıb.

Qrupun digər oyununda isə İordaniya və Türkiyə yığmaları üz-üzə gəliblər. Matçın favoriti olan türkiyəli həndbolçular 26:21 hesabı ilə rəqiblərini məğlub edərək yarımfinala yüksəliblər.

Kişilər arasında “A” qrupunun ilk oyununda Səudiyyə Ərəbistanı Pakistandan üstün olub – 35:26. Ardıcıl üç qələbə qazanan Səudiyyə Ərəbistanı qrup lideri kimi növbəti mərhələyə vəsiqəni təmin edib. Digər oyunda isə Azərbaycan millisini 35:22 hesabı ilə məğlub edən Əlcəzair komandası sonuncu yarımfinalçı olub.

Qadınlar arasında günün ilk matçında Özbəkistan ilə qarşılaşan Kamerun kollektivi rəqibini böyük hesabla məğlub edib – 41:25.

Qrup mərhələsinin mərkəzi oyunu Azərbaycan və Türkiyə milliləri arasında oynanılıb. Matç həndbolçularımızın 27:22 hesablı qələbəsi ilə yekunlaşıb.

Mayın 12-də kişilər arasında təsəlliverici görüşlərdə Pakistan-İordaniya, Azərbaycan-Mərakeş matçları oynanılacaq. Yarımfinal qarşılaşmaları isə mayın 13-də keçiriləcək.

Etikxeber.az

Read Previous

Prezidentin qızı müharibə və əmək əlilləri üçün pansionatın sakinləri ilə görüşdü – FOTO

Read Next

“Eurovision-2017” mahnı müsabiqəsinin ikinci yarımfinalı başlayıb…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir