“Bakı-2017”: Kişi voleybolçularımız ilk oyunda qələbə qazandılar – FOTO

Mayın 11-də IV İslam Həmrəyliyi Oyunlarının voleybol yarışının ilk gününün sonuncu qarşılaşmasında Azərbaycanın və Pakistanın kişilərdən ibarət yığma komandaları üz-üzə gəliblər.

Etikxeber.az xəbər verir ki, qadın voleybolçularımızdan sonra kişilərdən ibarət yığma komandamız da azarkeşləri qələbə ilə sevindiriblər.

Gərgin idman mübarizəsi şəraitində keçən ilk setdə voleybolçularımız 25:22 hesabı ilə qalib gəliblər. İkinci setdə milli komandamız daha böyük fərqlə üstün olub – 25:18. Pakistan yığması üçüncü setdə dönüş yaratmağa çalışsa da, voleybolçularımız rəqibə şans verməyiblər – 25:21.

Beləliklə, Pakistan yığmasına 3:0 hesabı ilə qalib gələn kişi voleybolçularımızın da IV İslam Həmrəyliyi Oyunlarında debütü uğurlu olub.

Etikxeber.az

Read Previous

“Eurovision-2017” mahnı müsabiqəsinin ikinci yarımfinalı başlayıb…

Read Next

Avroliqa: finalda “Ayaks”la “Mançester Yunayted” qarşılaşacaq – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir