Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
“Türkiyədə iqtisadçıların İstanbul haqqında belə bir deyimi vardı: “İstanbul böyüdükcə, Türkiyə kiçilir”. Bu fikri Bakı haqqında da işlətmək olar. Bakı böyüdükcə, Azərbaycan kiçilir”.
Etikxeber.az məlumat verir ki, bunu Milli Məclisin (MM) bu gün keçirilən plenar iclasında 2018-ci il üzrə dövlət və icmal büdcəsi layihələrinin müzakirəsi zamanı deputat Fazil Mustafa deyib.
Millət vəkili bildirib ki, artıq bölgələrin inkişafı haqqında düşünmək və Bakını bu yükdən azad etmək lazımdır. Deputat Bakı ətrafındakı qəsəbələrə diqqət ayırmağın vacib olduğunu vurğulayıb. Onun fikrincə, Bakı ətrafında dəhşətli bir “gecəqondu” strukturu yaranıb:
“Bu, dəhşətdir. Bakıətrafı qəsəbələrdəki mənzərə şəhərin mərkəzində görünən gözəlliklə üst-üstə düşmür”.
F. Mustafa vətəndaşların bu “gecəqondular”ını özəlləşdirməsinə imkan yaradılmasını təklif edib: “Belə olan halda dövlət büdcəsinə əlavə gəlir gələcək. Ya da regionda insanlar üçün şərait yaradılsın ki, paytaxta gələn insanlar regionlara qayıdaraq işlə məşğul olsun”.
Millət vəkili qeyd edib ki, bu gün regionların inkişafı üçün müəyyən addımlar atılır: “Lakin Gəncədən başqa heç bir regionda beynəlxalq standartlara uyğun universitet qurulmayıb. Gəncədə Aqrar Universitetin modern yataqxana kompleksi var, Bakıda bir çox universitetin heç belə yataqxana kompleksi yoxdur. Biz bu gün insan kapitalından danışırıq, lakin tələbələrin təqaüdünü azaldırıq. Onların yataqxana problemini həll etməmişik”.
Deputat həmçinin xəstəxanaların özəlləşdirilməsi məsələsinə də toxunub. Millət vəkili qeyd edib ki, dövlətin imkanları daxilində bir sıra xidmətlərin göstərilməsi çətindir.
Kamil HƏMZƏOĞLU
Etikxeber.az