Bakı Dövlət Sirkində “İntersirk-3”

Bakı Dövlət Sirkində yeni mövsümün açılışına hazırlıq işləri yekunlaşmaq üzrədir.

Mədəniyyət və Turizm Nazirliyindən Etikxeber.az-a bildirilib ki, oktyabrın 29-dan tamaşaçılar “İntersirk-3” adlı möhtəşəm çıxışları izləyə biləcəklər. Çili, Rusiya, İtaliya, Belorus, Qvatemala və Ukraynanın dünya şöhrətli artistlərinin iştirakı il təqdim olunacaq proqramda ilk dəfə olaraq İtaliya sirkinin pələnglər attraksionu da çıxış edəcək. Proqrama, həmçinin qeyri-adi illüziya, əhliləşdirilmiş heyvanlarla rəngarəng nömrələr, hava gimnastları, jonqlyor, akrobatlar, transformasiya, şən kloun Rob və s. daxildir.

Qeyd edək ki, 2 saat davam edən sirk proqramının tamaşaları saat 12:00, 15:00 və 19:00-da başlayır. Biletləri sirkin kassalarından əldə etmək olar.

Etikxeber.az

Read Previous

Müslümov Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın sədri seçildi

Read Next

Oktyabrın 17-nə olan USD/AZN rəsmi məzənnəsi açıqlandı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir