“Bakı Forumu dünyanı narahat edən problemlərin müzakirəsi baxımından önəmli platformadır” – SONA ƏLİYEVA

Bakıda “Yeni dünya və yeni insan formalaşdıraq: kreativlik və insan inkişafı” mövzusunda VI Beynəlxalq Humanitar Forumu keçirilməsi böyük əhəmiyyətə malikdir. Bu forumda dünyanı narahat edən problemlər və onun həlli yolları geniş müzakirə edilir.

Etikxeber.az xəbər verir ki, bu fikirləri Milli Məclisin (MM) üzvü Sona Əliyeva deyib.

S.Əliyeva bildirib ki, tədbirdə 86 ölkə və 24 beynəlxalq təşkilatdan 581 nəfər nümayəndənin  iştirak etməsi Humanitar Forumun önəminin göstəricisidir.

Onun sözlərinə görə,  Beynəlxalq Humanitar Forum qlobal xarakterli məsələlərə dair geniş spektrli dialoqlar, fikir mübadilələri və müzakirələr aparmaq məqsədilə müxtəlif ölkələrdən tanınmış dövlət xadimlərini, elmin fərqli sahələri üzrə Nobel mükafatı laureatlarını və nüfuzlu beynəlxalq təşkilatların rəhbərlərini, o cümlədən dünyanın siyasi, elmi və mədəni elitasının nümayəndələrini bir araya toplayan mötəbər tədbirdir.

sona-2

“Forumun təşkilatçıları və iştirakçıları olan dünya mədəni elitası nümayəndələrinin qarşıya qoyduqları əsas məqsəd təbiət, sosial və humanitar elmlər sahəsində gələcəkdə beynəlxalq səviyyədə baxılması məqsədilə yeni humanitar gündəmin formalaşdırılmasıdır. VI Bakı Beynəlxalq Humanitar Forumu gələcək dünyamızı formalaşdıracaq kreativ ideyalara və onların həyata keçirilməsi yollarının axtarılmasını diqqətdə saxlayır. Azərbaycan Prezidenti İlham Əliyev Forumda dərin məzmunlu çıxış etdi. Dövlətimizin başçısı çıxışında Azərbaycanın keçdiyi inkişaf yolu və qarşıda dayanan hədəflər barədə fikirlərini söylədi. Cənab Prezident qeyd etdi ki, Azərbaycan beynəlxalq humanitar əməkdaşlığın dərinləşməsi üçün çox önəmli ölkəyə çevrilib. Dövlətimizin başçısı eyni zamanda dünyada mövcud olan problemlərin, qarşıdurmaların böyük fəlakətlər yaratdığını deyərək beynəlxalq birliyin problemlərin həllində həmrəy olmasının zəruriliyini vurğuladı. Bunun  üçün isə sivilizasiyalar arasında dialoqun gücləndirilməsi, multikulturalizm və tolerantlıq kimi dəyərlərin qorunması və inkişafı çox vacibdir. Forumda cənab Prezidentin qeyd etdiyi kimi, əsrlər boyu müxtəlif dinlərin, xalqların nümayəndələri Azərbaycanda bir ailə kimi sülh, əmin-amanlıq, mehribanlıq şəraitində yaşamışlar və bu siyasət bu gün də davam etdirilir. Azərbaycanda bu istiqamətdə dövlət siyasəti çox səmərəlidir və gözəl nəticələrə gətirib çıxarır. Bütövlükdə hesab edirəm ki, forum dünyanı narahat edən  problemlərin müzakirəsi və onların həlli yollarının tapılması baxımından önəmli platformadır”-deyə, deputat qeyd edib.

Etikxeber.az

Read Previous

Fransadan adekvat münasibət göstərilməsini gözləyirik – SAHİBƏ QAFAROVA

Read Next

ELİN “SAĞ OL!”U – Akademik yazdı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir