“Bakı kəndlərində qızlar kütləvi şəkildə təhsildən yayındırılır ki…” – GÖVHƏR BAXŞƏLİYEVA

Millət vəkili, akademik Gövhər Baxşəliyeva Milli Məclisin (MM) qarşıdan gələn payız sessiyası ilə bağlı  parlamentin Elm və təhsil komitəsinin sentyabrın 18-də keçirilən iclasında Bakı kəndlərində qızların təhsildən erkən yaşlarından yayındırılması ilə bağlı “həyəcan təbili” çalıb.

Etikxeber.az xəbər verir ki, millət vəkilinin dediyinə görə, çox təəssüflər olsun ki, bu gün Bakının kənd və qəsəbələrində orta məktəblərdə oxuyan qızların 14-15 yaşlarından təhsildən uzaqlaşdırılması, erkən nikahlara cəlb olunması problemi yaşanır.

“Bu, çox təəssüfedici və ürəkağrıdıcı bir məsələdir. Bu gün Bakının bütün kənd və qəsəbələrində qızların çox erkən yaşlarlndan dərsdən, təhsildən yayındırlılması, üzaqlaşdırılması, zorla erkən nikahlara cəlb olunması məsələsi var. Mən həmin bölgələrdə yaşayan insanlardan bəziləri ilə söhbət zamanı soruşanda ki, niyə belə edirsiz,  cavab verirlər ki, əgər qızları məktəbdən çıxarmaslar, buna yaxşı hal kimi baxılmaz, bu, pis qəbul oluna bilər. Bu, çox yanlış, çox ziyanlı, çox təhlükəli, həm də ürək ağrıdan bir məsələdir. Bu, cəhalət və onun təbliğ olunması deməkdir. Bax elə bu cür ziyanlı yanaşmanın üzündən Nardaranda məlum hadisələr yaşandı. Ona görə bu məsələ ciddi diqqətə alınmalı və müvafiq ölçülər götürülməlidir”.

Millət vəkili, BDU-nun professoru Kamilə Əliyeva da həmkarının fikirlərini dəstəkləyib.

O, əlavə edib ki, bu problem təkcə Bakı kəndləri və qəsəbələri üçün xarakterik deyik, bu yöndə problemlər ölkənin Cənub bölgəsində də yaşanmaqdadır.

“Təkcə Bakıda deyil, ölkənin bir sıra bölgələrində, xüsusilə də, Cənub bölgəsində qızlarla bağlı belə problemlər yaşanmaqdadır. Bu, çox böyük təəssüf doğuran bir məsələdir…”-deyə, millət vəkili daha sonra bildirib.

Adıçəkilən komitənin sədri, akademik İsa Həbibbəyli də öz növbəsində millət vəkillərinin qaldırdığı problemə toxunub və bildirib ki, bununla bağlı aidiyyatı qurumlar tərəfindən müvafiq addımlar atılır.

“Həmin addımlar da artıq öz müsbət nəticələrini verməkdədir. Ancaq bu, o, demək deyil ki, bu məsələdə problem yoxdur. Problemlər var və yavaş-yavaş həlini tapır…”-deyə, komitə sədri sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

“Dərsliklərlə bağlı qanuna ehtiyac var, çünki…” – RAFAEL HÜSEYNOV

Read Next

“Bir çox laboratoriyalarda ən sadə cihazlar belə yoxdur ki…” – BƏXTİYAR ƏLİYEV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir