Bakı-Mahaçqala qatarı sadələşdirilmiş gömrük proseduru ilə İŞLƏYƏCƏK

Bakı-Mahaçqala qatarı Sankt-Peterburq-Helsinki sürət qatarlarının nümunəsi ilə işləyəcək.

Etikxeber.az-ın  AZƏRTAC-a istinadən xəbərinə görə, bu barədə Dağıstanın başçısı Vladimir Vasilyev “Valday” Beynəlxalq Diskussiya Klubunun Soçidə keçirilən XVI iclasında jurnalistlərə bildirib.

O, deyib ki, Dərbənddən keçəcək Mahaçqala-Bakı qatarının Sankt-Peterburq-Helsinki sürət qatarı kimi sadələşdirilmiş gömrük proseduru ilə sərhədi keçməsi məsələsi müzakirə olunur.

V.Vasilyevin fikrincə, bu, qarşılıqlı turist axının artırılmasına kömək edəcək.

Dağıstanın başçısı əlavə edib ki, bu məsələ Azərbaycan və Rusiya müvafiq nazirliklərinin Dərbənddə keçirilən görüşündə müzakirə olunub.

O, həmçinin bildirib ki, bir çox müsəlman məbədlərinin yerləşdiyi qədim Dərbənd şəhərinin turizm mərkəzinə çevrilməsi üçün plan hazırlanır.

Etikxeber.az

 

 

Read Previous

BŞTİ-yə 15 526 müraciət daxil olub – SENTYABRDA

Read Next

779 vətəndaşın ünvanlı dövlət sosial yardımı almaq hüququ dayandırıldı – SAXTAKARLIĞA GÖRƏ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir