Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2019”da kişilərin mübarizəsində qalib müəyyənləşib.
Etikxeber.az xəbər verir ki, “Küləyə qalib gəl” şüarı altında keçirilən Bakı marafonunda marşrutu ilk olaraq uqandalı İsmail Ssenyange qət edib.
Dövlət Bayrağı Meydanından start götürən marafon 21 kilometr məsafəni əhatə edib və Bakı Olimpiya Stadionunda başa çatıb.
Qeyd edək ki, Bakı marafonu idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək, insanları xeyirxah amallar ətrafında bir araya gətirmək məqsədi ilə təşkil olunub.
***
“Bakı Marafonu 2019″da kişilərin mübarizəsində ikinci və üçüncü yeri tutanlar da müəyyənləşib.
İranlı Məhəmməd Cəfər Moradi ikinci, Azərbaycan təmsilçisi Elman Abışov isə üçüncü olublar.
***
“Bakı Marafonu 2019″da qadınların mübarizəsində də qaliblər müəyyənləşib.
“Küləyə qalib gəl” şüarı altında keçirilən Bakı marafonunun ötən iki yarışının mükafatçısı Ukrayna təmsilçisi Valentina Paltavskaya bütün rəqiblərini qabaqlayıb və finiş xəttini birinci keçib.
Şotlandiyalı Suzanne Motanti ikinci, azərbaycanlı Ayna Yusibova isə üçüncü olublar.
Dövlət Bayrağı Meydanından start götürən marafon 21 kilometr məsafəni əhatə edib və Bakı Olimpiya Stadionunda başa çatıb.
Etikxeber.az