Bakı metrosunun iş qrafikinə dəyişiklik edildi

Bakı metrosunun iş qrafikinə dəyişiklik edilib.

Etikxeber.az “Qəbələ” futbol klubunu “Facebook” səhifəsinə istinadən xəbər verir ki, bu gün Bakı metrosunun iş qrafiki gecə saat 01:00-a kimi uzadılıb.

Bu addım klub rəhbərliyinin “Bakı Metropoliteni” QSC-yə müvafiq müraciətindən sonra atılıb.

Xatırladaq ki, bu gün “Qəbələ” UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində Bakıda “Bakcell Arena”da (8-ci km stadionu) Fransanın “Sent-Etyen” komandasını qəbul edəcək. Matç saat 22:00-da start götürəcək.

“Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev isə “APA-Economics”ə bildirib ki, sərnişin axını çox olduqda metronun “Neftçilər” və “Xalqlar dostluğu” stansiyaları 01:00-dan sonra da fəaliyyət göstərə bilər: “Bununla yanaşı, sərnişin axını az olarsa, metro saat 01:00-dan tez fəaliyyətini dayandıracaq. İstənilən halda, “Bakı Metropoliteni” QSC klub rəhbərliyi ilə koordinasiyalı şəkildə işləyəcək”.

Etikxeber.az

Read Previous

Evi qarət edib yandıran şəxslər tutulub

Read Next

Silahlı Qüvvələrin təlimlərinə 60 mindən çox şəxsi heyət cəlb olunacaq

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir