Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Paytaxtın giriş qapısı sayılan Bakı sərnişin stansiyasının təmir-tikinti işləri artıq son mərhələdədir.
“Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən Etikxeber.az-a bildirilib ki, vağzalın əsas binasının fasadı, memarlıq üslubunun saxlanması şərtilə, yenidən qurulur, vağzal binasının daxilində tam yenidənqurma işləri görülür. Həmçinin bilet kassaları, sərnişin platformaları müasir üslubda əsaslı təmir olunub, eskalatorlar yenisi ilə əvəz olunub. 1 yük, 2 sərnişin lifti və 1 ədəd əlillər üçün panoram-lift quraşdırılıb.
Əsaslı təmirdən sonra burada inzibati otaqlar, müasir standartlara cavab verən ticarət və iaşə obyektləri, gözləmə zalı, ana-uşaq və namaz otaqları sərnişinlərin istifadəsinə veriləcək.
Onu da qeyd edək ki, vağzal binasının ikinci mərtəbəsində “ASAN xidmət” fəaliyyət göstərəcək. Sərnişinlər pulsuz Wi-Fi sistemindən istifadə edəcəklər.
Bundan başqa, Bakı sərnişin stansiyasının 7 platforması və 8 yolu əsaslı təmir olunub, platformalarda 34 ədəd ikitərəfli oturacaq quraşdırılıb. 8 çıxışlı (4-ü vağzala, 4-ü şəhərə) tuneldə son tamamlama işləri görülür.
Sürətlə davam edən əsaslı təmir işlərinin yaxın günlərdə başa çatması nəzərdə tutulur.
Xatırladaq ki, XIX əsrin memarlıq abidələrindən olan Bakı sərnişin vağzalı 1884-cü ildə istifadəyə verilib.
Etikxeber.az