Bakı şəhərətrafı dəmir yolu xəttinin tikintisi ilə əlaqədar 100 milyon ayrıldı

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2018-ci il 7 mart tarixli Sərəncamı ilə Bakı şəhərətrafı dəmir yolu xəttinin layihə-smeta sənədlərinin hazırlanması, tikinti altına düşən torpaqların özgəninkiləşdirilməsi, əsaslı təmiri və tikintisi üçün “Azərbaycan Dəmir Yolları” QSC-yə 100 milyon manat vəsait ayrılıb.

Etikxeber.az-ın xəbərinə görə, Sərəncamda bildirilib ki, iqtisadiyyatın əsas seqmentlərindən biri olan nəqliyyat sahəsində aparılan uğurlu islahatlar nəticəsində respublikanın avtomobil və dəmir yolları infrastrukturu müasir standartlara uyğun yenidən qurulub, yol qovşaqları, körpülər, keçidlər tikilib, eyni zamanda, ölkənin tranzit potensialının artırılması, beynəlxalq nəqliyyat dəhlizlərinə qoşulması istiqamətində bir sıra irihəcmli layihələr həyata keçirilib, vaqon parkı və qatarlar yenilənib.

Dəmir yolu ilə sərnişindaşımaların həcminin və keyfiyyətinin artırılması, qatarların sürətli və təhlükəsiz hərəkətinin təmin olunması üçün görüləcək tədbirlər sırasında Abşeron yarımadasında mövcud dəmir yolu xətlərinin yenidən qurulması və dəmir yolu şəbəkəsinin təkmilləşdirilməsi xüsusi əhəmiyyət kəsb edir.

Sözügedən işlər çərçivəsində mövcud dəmir yolu xətlərinin reabilitasiyası və bərpası, elektrik təchizatı, rabitə və işarəvermə şəbəkəsinin əsaslı təmiri, yol kənarlarının mühafizə çəpəri ilə bağlanması, bəzi dəmir yolu keçidlərinin müxtəlif səviyyəli keçidlərlə əvəzlənməsi, stansiya binalarının yenidən qurulması və digər işlərin aparılması nəzərdə tutulur.

Etikxeber.az

Read Previous

Ərdoğan Əliyevə zəng etdi, başsağlığı verdi…

Read Next

FHN və DSX əməkdaşlarının maaşları artırıldı…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir