Bakı Şəhəri üzrə Təhsil İdarəsi baş verən bıçaqlanma hadisəsi ilə bağlı açıqlama yaydı

Bakı Şəhəri üzrə Təhsil İdarəsi bu gün Binəqədi rayonu Sulutəpə qəsəbəsində yerləşən 217 saylı orta məktəbdə qeydə alınan bıçaqlanma hadisəsi ilə bağlı açıqlama yayıb.

Təhsil İdarəsindən Etikxeber.az-a verilən xəbərə görə, Binəqədi rayonundakı 217 nömrəli tam orta məktəbin həyətində bu gün dərs başlamamışdan əvvəl (saat 8 radələrində) IX sinif şagirdi Nemət Musayev onunla eyni sinifdə oxuyan Elturan Əmənova bıçaqla xəsarət yetirib.

Məktəbdən təcili tibbi yardıma müraciət olunub və E.Əmənov xəstəxanaya aparılıb. Hadisəni törədən N.Musayev isə Binəqədi Rayon Polis İdarəsinin 40-cı polis bölməsinin əməkdaşları tərəfindən dindirilmək üçün bölməyə aparılıb.

Hər iki məktəblinin təlim nəticələrinin, dərsə davamiyyətinin və davranışının normal olduğu qeyd edilib.

Etikxeber.az

Read Previous

Növbəti intihar xəbəri Nardarandan gəldi…

Read Next

Ərdoğan martın ayının birinci yarısında Rusiyaya səfər edəcək

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir