Bakı–Sabunçu dəmir yolu xətti üzrə gediş haqqı 50 qəpik olacaq – CAVİD QURBANOV

Bakı sərnişin – Sabunçu dəmir yolu xətti üzrə gediş haqqı 50 qəpik təşkil edəcək.

Etikxeber.az xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov deyib.

Onun sözlərinə görə, Sabunçu dəmir yolu vağzalından şəhər istiqamətində avtobusla gediş haqqı 60 qəpik təşkil edirsə, Bakı–Sabunçu dəmir yolu xətti üzrə gediş haqqı 50 qəpik olacaq:

“Bu marşrut üzrə dəmir yolu xəttinin uzunluğu bir istiqamət üzrə 13,5 kilometrdir. Qatar əgər tək istiqamətdə dayanmadan hərəkət edərsə bu yol 12 dəqiqəyə qət olunacaq, xətt üzrə dayanacaqlarda danarsa bu vaxt 15 dəqiqəyə çatacaq”.

Etikxeber.az

Read Previous

Siqaret və spirtli içkilərin qanunsuz yolla gətirilməsi cəhdinin qarşısı alındı

Read Next

Avroliqanın oyunu ilə bağlı banklar gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir