Bakı sakinini döyərək mobil telefonunu və qol saatını almaqda şübhəli bilinən 3 nəfərdən 2-si saxlanıldı

Nərimanov Rayon Polis İdarəsinin 17-ci polis şöbəsinə müraciət edən Bakı şəhər sakini Z.Zalov yanvarın 28-də saat 23 radələrində N.Hacıyev küçəsində üç nəfərin onu “Niva” markalı avtomobilə mindirərək döydüklərini, mobil telefonunu və qol saatını aldıqlarını bildirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Etikxeber.az-a bildiriblər ki, dərhal müvafiq araşdırmalara başlanılıb.

Həmin cinayət əməlini törətməkdə şübhəli bilinən şəxslər aparılan əməliyyat-axtarış tədbirləri ilə qısa müddətdə müəyyən edilib. Onlardan paytaxt sakinləri B.Səfquliyev və R.Sadıxov polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 180-ci maddəsi (soyğunçuluq) ilə cinayət işi başlanıb və Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.

Etikxeber.az

Read Previous

“Prezidentin də bəyan etdiyi kimi, Azərbaycan dünyanın sabitlik, təhlükəsizlik məkanıdır” – ELDƏNİZ SƏLİMOV

Read Next

YAP üzvlərinin sayı 730 mini ötdü…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir