Bu gündən iyunun 8-dək Bakı, Sumqayıt, Gəncə, Lənkəran və Abşeronda küçəyə çıxmaq-QADAĞANDIR

Nazirlər Kabineti yanında Operativ Qərargahın “Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” qərarında nəzərdə tutulan iş və xidmət sahələrində fəaliyyət göstərən şəxslər istisna olmaqla, digər şəxslərin 2020-ci il 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək yaşayış yerlərini və ya olduğu yerləri tərk etməsi qadağan edilib.

Etikxeber.az məlumat verir ki, bununla bağlı Nazirlər Kabineti yanında Operativ Qərargah qərar qəbul edib.

Qərara əsasən, onların həmin yerləri tərk etməsinə aşağıdakı müstəsna hallarda icazə verilir:

1.2.1. həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandıqda (təxirəsalınmaz tibbi yardım yalnız təcili tibbi yardım xidməti vasitəsilə);

1.2.2. yaxın qohumların dəfnində iştirakla əlaqədar.

Həmçinin, Operativ Qərargahın qərarına əsasən, aşağıda qeyd edilən sahələr isə həftəsonu fəaliyyətini davam etdirəcək:

  • siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilən dövlət orqanlarının (qurumlarının) və digər təşkilatlar;
  • xəstəxanalar və təcili tibbi yardım müəssisələri;
  • sosial xidmət müəssisələri, o cümlədən əqli və hissiyat pozuntusu olan, habelə xüsusi qayğıya ehtiyacı olan şəxslər üçün baxıcılıq xidməti;
  • kommunal xidmətlər (su təchizatı və kanalizasiya, qaz təchizatı, istilik təchizatı, enerji paylanması, məişət tullantılarının yığılması və utilizasiyası);
  • elektrik enerjisinin istehsalı və təchizatı;
  • meliorasiya və su təsərrüfatı;
  • rabitə xidmətləri;
  • teleradio yayımçıları (televiziya və radio kanalları, kabel televiziyaları);
  • dəmir yolu, avtomobil, dəniz, hava nəqliyyatı ilə yük daşımaları;
  • boru kəmərləri ilə nəqliyyatın təmin edilməsi;
  • fasiləsiz istehsalat fəaliyyəti (istehsalat-texniki şərtlərə görə fəaliyyətinin dayandırılması mümkün olmayan müəssisələr);
  • neft və qazın hasilatı, emalı, saxlanması və satışı;
  • fəaliyyəti dayandırılmış iş və xidmət sahələrinin mühafizə və texniki təhlükəsizliyinin təmin edilməsi üzrə xidmətləri.

Qərara əsasən, icazə verilən iş və xidmət sahələrində fəaliyyətin həyata keçirilməsi üçün yalnız zəruri və məhdud sayda işçilərin işə cəlb edilməsi təmin ediləcək. Fəaliyyətinə icazə verilən iş və xidmət sahələrində işləyən şəxslərin hərəkətinə işəgötürən tərəfindən həmin şəxslər barədə məlumatlar elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az” portalına daxil edildikdən sonra yol verilir.

Etikxeber.az

Read Previous

Jalə Əliyeva son sərəncamına görə-PREZİDENTƏ MİNNƏTDARLIQ ETDİ… – VİDEO – YENİLƏNİB

Read Next

“Bu ölkənin terrorçu və faşist mahiyyəti dəyişməz olaraq qalır…”-MM-İN KOMİTƏ SƏDRİNİN MÜAVİNİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir