“Bakı-Tbilisi-Qars” Azərbaycan Prezidentinin iradəsilə reallaşıb” – CAVİD QURBANOV

Yüzilliyin layihəsi adlandırılan Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi Azərbaycan Prezidentinin iradəsi və dəstəyi ilə reallaşıb.

Etikxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Tbilisidə jurnalistlərə müsahibəsində “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov söyləyib.

C.Qurbanov deyib: “Azərbaycan bu layihəni reallaşdırmaqla dünyaya sübut etdi ki, nəinki öz ərazisində, hətta başqa ölkələrin ərazilərində də irimiqyaslı, dünya əhəmiyyətli layihələrin həm maliyyələşdirilməsini, həm də tikintisini həyata keçirə bilər. Bununla Azərbaycan öz qüdrətini göstərdi və öz sözünü dedi”.

Onun sözlərinə görə, BTQ-nin tikintisi həm də onu göstərdi ki, Azərbaycan Prezidentinin siyasəti çox düzgündür və ölkəmiz doğru yoldadır.

“Bu layihə, eyni zamanda, Azərbaycan, Gürcüstan və Türkiyə dostluğunun möhkəmlənməsinə xidmət edir” – deyə, C.Qurbanov vurğulayıb.

Etikxeber.az

Read Previous

“Qarabağ” klubu Romaya yola düşdü – FOTO

Read Next

“Atasının tam oxşarı idi, sanki Vaqiflə söhbət edirdim…” – DEPUTAT – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir