“Bakı-Tbilisi-Qars” inkişafda və sabitlikdə yeni mərhələ olacaq” – ELDAR İBRAHİMOV

“Bu gün həm Azərbaycanın, həm yerləşdiyimiz regionun, həm də belə demək mümkünsə, dünya tarixində, iqtisadi-siyasi həyatında çox mühüm, çox əlamətdar  və çox sevindirici hadisə baş verdi, yaşandı. Azərbaycan Prezidenti İlham Əliyev, birinci vitse-prezident Mehriban Əliyeva, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Qazaxıstanın baş naziri Bakıtjan Saqintayev, Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili, Özbəkistanın baş naziri Abdulla Aripov, həmçinin Tacikistan və Türkmənistandan nümayəndə heyətlərinin iştirakı ilə Bakı-Tbilisi-Qars (BTQ) dəmiryolu xəttinin rəsmi açılış mərasimi oldu. Bu, unudulmaz, yaddaşlarda əbədi həkk olunacaq bir tarixi hadisədir. Yəni, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərləri  nə qədər əhəmiyyətlidirsə, nə qədər tarixi məzmun kəsb edirsə, Bakı-Tbilisi-Qars da bir o qədər tarixi əhəmiyyətə malikdir. Cənab Prezidentin də bəyan etdiyi kimi, “Bakı-Tbilisi-Qars tarixi layihədir, qlobal layihədir, o, ölkələri bir-birinə daha yaxın edəcək, həmçinin, bölgədə sabitliyin, təhlükəsizliyin təminatı işində öz rolunu oynayacaq””.

Bakı-tbilisi-qars-ilya

Etikxeber.az xəbər verir ki, bunu professor, Milli Məclisin (MM) Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov deyib.

O, bildirib ki, açılışı çoxdan bəri səbirsizliklə gözlənilən və bu gün reallaşan Bakı-Tbilisi-Qars dəmiryolu xətti həm iqtisadi, həm də siyasi baxımdan çox əhəmiyyətli bir layihədir.

“Bakı- Tbilisi-Qars dəmiryolu xətti həmçinin, beynəlxalq əhəmiyyətli bir layihədir. Bu layihənin siyasi və beynəlxalq əhəmiyyəti iqtisadi əhəmiyyətindən daha böyükdür. İqtisadi baxımdan başqa sahələrdən də gəlir əldə etmək olur. Amma siyasi və beynəlxalq baxımdan bu layihə çox mühüm bir addımdır. Bunun əhəmiyyətini sözlə ifadə etmək də çətindir”-deyən komitə sədrinin sözlərinə görə,  Bakı-Tbilisi dəmiryolu xətti layihəsinin müəllifi ümummilli lider, mərhum dövlət başçısı Heydər Əliyevdir:

 

baki-tbilisi

“İstər Bakı-Tbilisi-Ceyhan layihəsi,  istər Cənub Qaz Dəhlizi, istərsə də digər layihələrin müəllifi ümummilli lider Heydər Əliyevdir, Onun uzaqgörən, müdrik, uzağa hesablanmış  siyasəti nəticəsində bu addımlar atılıb və Prezident İlham Əliyevin siyasi iradəsi, qətiyyəti nəticəsində bu layihələr reallaşıb. Bu iki müdrik və uzaqgörən şəxs olmasaydı, bu layihələrin icrasından söhbət belə gedə bilməzdi. Biz ümumiyyətlə, çox xoşbəxt xalqıq ki, məhz belə müdrik, dünyanın hesablaşdığı liderlərimiz, siyasət və dövlət öndərlərimiz var. Allah Heydər Əliyevin ruhunu şad, məkanını cənnətlik, cənab Prezident İlham Əliyevə də Azərbaycan naminə yorulmaz fəaliyyətində növbəti uğurlar, zəfərlər nəsib etsin”.

E. İbrahimovun qeyd etdiyinə görə, Bakı -Tblisi -Qars layihəsi eyni zamanda,  region ölkələrinin birliyi, təhlükəsizliyi və əməkdaşlığına xidmət edən mühüm bir addımdır.

erdo-emine-ilya-mehi-vaxa

“Hesab edirəm ki, keçmiş sovet məkanından da bu layihələrə qoşulanlar olacaq. Bu dəmir yolunun iqtisadi əhəmiyyəti də olduqca böyükdür. Həm yük, həm də sərnişin daşımaları ilə bağlı ölkəmiz, həm də bu layihənin iştirakçısı olan ölkələr böyük gəlir əldə edəcək. Bu layihə həmçinin turizm potensialının genişlənməsinə, Azərbaycanın turizm məkanına çevrilməsinə xidmət edəcək. Cənab Prezidentin də açılış mərasimində vurğuladığı kimi, bu yolun istifadəsi zamanı turizmin inkişafı da geniş vüsət alacaq, turistlərin sayı artacaq.”Təbii ki, Bakı-Tbilisi-Qars dəmir yolunun uğurlu fəaliyyəti ölkələrimizin geosiyasi əhəmiyyətini artıracaq və bizim üçün əlavə imkanlar yaradacaq”-deyə, möhtərəm Prezidentimiz sözlərinə əlavə etdi.  Odur ki, belə bir layihənin reallaşmasından, ölkəmizin  İlham Əliyevin rəhbərliyi ilə növbəti iqtisadi və siyasu uğura imza atmasından böyük qürur duyur və fəxr hissi keçiririk. Bu, Azərbaycanın dinamik inkişafında yeni bir mərhələni təşkil edəcək və ölkəmizi, xalqımızı növbəti uğurlara, nailiyyətlərə qovuşduracaq”-deyə, E. İbrahimov daha sonra sözlərinə əlavə edib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

Read Previous

Bakı-Tbilisi-Qars dəmir yolunun açılış mərasiminin iştirakçıları üçün ziyafət verildi

Read Next

Aydın Mirzəzadə Şəhid xanımının problemini həll etdi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir